SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda “zapravka”da yanğın: Ölən və yaralanan var

Azərbaycanda “zapravka”da yanğın: Ölən və yaralanan var

Tarix:

31-10-2017, 00:08

/ 70 308 dəfə oxundu.
Azərbaycanda “zapravka”da yanğın: Ölən və yaralanan var

Ağcabədi rayonunda maye-qaz doldurma məntəqəsində yanğın olub.

Hadisə rayonun Boyad kəndində baş verib.

Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Məlumata görə, Ağcabədi rayonunda maye-qaz doldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

İlkin məlumata görə, partlayış çənə qaz vurulan zaman baş verib.

Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

XƏBƏR LENTİ