SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sevgilisini ayağı ilə boğaraq öldürdü - Bakıda

Sevgilisini ayağı ilə boğaraq öldürdü - Bakıda

Tarix:

25-10-2017, 10:47

/ 59 961 dəfə oxundu.
Sevgilisini ayağı ilə boğaraq öldürdü - Bakıda

Bakıda qətl törədilib. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsində qeydə alınıb.

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Fərhad Cənnət oğlu Şaqaliyev aralarında yaranmış mübahisə zəminində, qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Gülnarə Xanış qızı Sadıqovanı döyüb və sonunda ayağını onun boğazına dirəyərək boğub. Nəticədə qadın boğularaq ölüb.

F. Şaqaliyev saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

XƏBƏR LENTİ