SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda kafedə qadın müştərilər arasında dava: Yaralanan var

Bakıda kafedə qadın müştərilər arasında dava: Yaralanan var

Tarix:

23-10-2017, 10:27

/ 60 320 dəfə oxundu.
Bakıda kafedə qadın müştərilər arasında dava: Yaralanan var

Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub.

Hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib.

Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib. Bundan qəzəblənən G.Novruzova qadına iradını bildirib və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə qarşı tərəf G.Novruzovanın başına qədəhlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinda araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ