SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "AA" serialı avtomobil keçiddə 20 yaşlı qızı vurub

"AA" serialı avtomobil keçiddə 20 yaşlı qızı vurub

Tarix:

17-10-2017, 15:45

/ 62 471 dəfə oxundu.
"AA" serialı avtomobil keçiddə 20 yaşlı qızı vurub

20 yaşlı qız başından ağır xəsarət alıb, sürücü onu xəstəxanaya aparıb. Bu gün saat 11.25 radələrində Bakıda daha bir piyadavurma hadisəsi baş verib.

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalə, 90 AA 707 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib. Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyi ilə sürücü yaralını maşına qoyaraq xəstəxanaya aparıb. Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn "Jeep"in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən maşınların dayandığını gördükdə maşını dayandıra bilməyib. Qarşıdakı maşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub.

avtosfer.az

Şərhlər

XƏBƏR LENTİ