SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar

Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar

Tarix:

14-10-2017, 17:19

/ 86 396 dəfə oxundu.
Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar

Bakıda iki marşrut avtobusu toqquşub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Elnur İmanov yolun hərəkət hissəsinə çıxan piyadanı vurmamaq üçün qəfil əyləcə basıb. Nəticədə arxada hərəkətdə olan, Hafiz Məmmədovun idarə etdiyi 49 nömrəli, 99 XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 57 nömrəli avtobusa çırpılıb.

BNA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, qəza nəticəsində xəsarət alan 3 nəfərə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

***

Məlumata görə, hər iki marşrut xətti “Safastore” hadisəsində adı hallanan və hazırda həbsxanada olan iş adamı Azadxan Xanməmmmədova məxsusdur.
Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar
Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar
Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar
Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar
Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar

Şərhlər

XƏBƏR LENTİ