SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Lənkəranda məktəblilər qəzaya düşdü: Yaralananlar var

Lənkəranda məktəblilər qəzaya düşdü: Yaralananlar var

Tarix:

11-10-2017, 17:03

/ 82 269 dəfə oxundu.
Lənkəranda məktəblilər qəzaya düşdü: Yaralananlar var

Lənkəranda məktəb şagirdləri qəza törədib.

Hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib.

Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək, yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad. Yaralılardan biri sürücüdür. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ