SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Baba nəvəsinə atəş açdı - Uşağın ayağı kəsildi

Baba nəvəsinə atəş açdı - Uşağın ayağı kəsildi

Tarix:

7-02-2017, 12:33

/ 1 759 dəfə oxundu.
Baba nəvəsinə atəş açdı - Uşağın ayağı kəsildi

Qazaxda baba nəvəsini güllələyib.

Daxili İşlər Nazirliyinə istinadən məlumata görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibovun oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.

Şərhlər

XƏBƏR LENTİ