SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda kuryoz hadisə: araq oğurladılar, su çıxdı

Bakıda kuryoz hadisə: araq oğurladılar, su çıxdı

Tarix:

5-10-2017, 11:11

/ 59 477 dəfə oxundu.
Bakıda kuryoz hadisə: araq oğurladılar, su çıxdı

Bakıda kafedən oğurluq edilib.

Məlumata gərə, paytaxt sakini Məlikov Zaur Akif oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus olan Zığ yolu 32 ünvanındakı kafedən naməlum şəxs və ya şəxslər oğurluq edib. Belə ki, gecə saatlarında kafenin vitrinindəki 15 araq şüşəsi oğurlanıb.

Şikayətçi əlavə edib ki, oğruların araq bilib apardıqları şüşələrin içində su olub. O, vitrin boş qalmasın deyə boş içki şüşələrinə su doldurub ora qoyubmuş.

Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ