SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm

Tarix:

2-10-2017, 12:10

/ 55 663 dəfə oxundu.
Bakı metrosunda ölüm

Bakı metropoliteninin ərazisində ölüm hadisəsi baş verib.

Hadisə “Koroğlu” metrostansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.

Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən qəfil halı pisləşərək dünyasını dəyişib.

Ətrafdakı insanlar hadisə yerinə “təcili yardım” maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.

Buna baxmayaraq, Nizami Rayon Polis İdarəsinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil veriblər.

Şərhlər

XƏBƏR LENTİ