Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində rayon sakini Azər Dostiyev və 1990-cı il təvəllüdlü Əli Tağıyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.
A. Dostiyevin rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.