Yasamalda yataqxana yanır
Daxil olan məlumata görə, hazırda Yasamal rayonunda yerləşən yataqxana yanır. 5 mərtəbəli yataqxananın 3-cü mərtəbəsində qəfil baş verən yanğının hansı səbəbdən olduğu hələ bilinmir.
FHN-in əməkdaşları artıq hadisə baş verən ərazidədirlər.
Qeyd edək ki, bu, həmin yataqxanada baş verən ilk yanğın hadisəsi deyil. Bir neçə ay əvvəl də həmin yataqxanada yanğın baş vermişdi.