SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Salyanda dəhşətli qəza: Məşhur şirkətin 4 qadın işçisi öldü

Salyanda dəhşətli qəza: Məşhur şirkətin 4 qadın işçisi öldü

Tarix:

20-09-2017, 09:38

/ 37 957 dəfə oxundu.
Salyanda dəhşətli qəza: Məşhur şirkətin 4 qadın işçisi öldü

Qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir.

Onlar Ələt-Astara avtomobil yolunu çəkən EVRASCON şirkətinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirlərmiş.
Onların mindiyi maşını sürən 27 yaşlı Saatlı rayon sakini Hüseynov Babək Xanəhməd oğlu isə EVRASCON şirkətində fəhlə kimi çalışırmış. O hazırda ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

***

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.
Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. APA-nın xəbərinə görə, Salyan xəstəxanasına yerləşdirilən yaralılar "Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və "VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.

Şərhlər

XƏBƏR LENTİ