SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağstafa sakini bıçaqlanıb, ailə üzvləri isə döyülüb

Ağstafa sakini bıçaqlanıb, ailə üzvləri isə döyülüb

Tarix:

5-09-2017, 09:22

/ 58 102 dəfə oxundu.
Ağstafa sakini bıçaqlanıb, ailə üzvləri isə döyülüb

Ağstafa sakini bıçaqlanıb.

Hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Novruz Vəliyev qonşusu və qohumu olan şəxs tərəfindən evində bıçaqlanıb. Bədənin müxtəlif yerlərindən bıçaq xəsarətləri alan N.Vəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, dava zamanı Novruz Vəliyevi qonşusundan ayıraq istəyən zaman onun nənəsi, 1936-cı il təvəllüdlü Səlminaz Allahverdiyeva, anası 1979-cu il təvəllüdlü Şölə Vəliyeva və bacısı 2001-ci il təvəllüdlü Günay da müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ