SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda möcüzə - 7-ci mərtəbədən düşdü, sağ qaldı

Bakıda möcüzə - 7-ci mərtəbədən düşdü, sağ qaldı

Tarix:

4-09-2017, 11:35

/ 59 089 dəfə oxundu.
Bakıda möcüzə - 7-ci mərtəbədən düşdü, sağ qaldı

Bakıda körpə 7-ci mərtəbədən yerə yıxılıb.

Hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Ə.Əliyev küçəsi, ev 52, mənzil 153 ünvanında yaşayan 2014-cü il təvəllüdlü Əliyev Kənan Nəsiyət oğlu valideyn nəzarəti olmadan mənzilin pəncərəsindən yerə yıxılıb. Xoşbəxtlikdən körpə öncə peyk antenasının üzərinə düşüb. Daha sonra ikinci mərtəbədə yerləşən antenanın üzərindən ağacın budağının üstünə yıxılıb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.

Şərhlər

XƏBƏR LENTİ