SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda villaya soxulub “Galendevagen”in təkərlərini deşdilər - İnsident

Bakıda villaya soxulub “Galendevagen”in təkərlərini deşdilər - İnsident

Tarix:

31-08-2017, 14:58

/ 143 016 dəfə oxundu.
Bakıda villaya soxulub “Galendevagen”in təkərlərini deşdilər - İnsident

Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.

Bu haqda maşınların sahibi Etibar Hüseynov adlı şəxs polisə müraciət edib. O bildirib ki, ötən gün günorta saatlarında qızının həyat yoldaşı, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlu ona məxsus olan Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub. Bu zaman o idarə etdiyi “Hundai” markalı maşınla həyətin darvazasını qırıb. Daha sonra həyətdəki E. Hüseynova məxsus olan 90 FH 018 nömrəli BMW, 90 FG 494 nömrəli “Toyota” və 90 VX 949 nömrəli “Mercedess Galendevagen” markalı maşınların təkərlərini bıçaqla deşib.

Xəbərdə bildirilir ki, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, E. Hüseynovun qızı boşanmaq istəsə də həyat yoldaşı buna razı olmayıb və bu hadisəni törədib.

***

Məlumata görə, E. Hüseynov yaxın vaxtlara qədər hüquq – mühafizə orqanlarında yüksək vəzifə tutub. Hətta onun general rütbəsi daşıdığı da bildirilir.

“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ