SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar

Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar

Tarix:

24-08-2017, 12:18

/ 111 322 dəfə oxundu.
Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar

Bakı Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rzanın çənəsi sınıb.

Əldə etdiyimiz məlumata görə, aktyor kütləvi şəkildə dava edənləri ayırmaq üçün araya girib, nəticədə xəsarət alıb. Sayt hadisə ilə bağlı aktyorla əlaqə saxlamağa çalışıb. Elxanın telefonuna cavab verən qardaşı Toğrul xəbəri təsdiqləyib:

“4 gün əvvəl qardaşımın başına iş gəlib. O, Sumqayıtda, küçədə kütləvi dava edən insanları ayırmaq istəyib. Əvəzində vurub onun da çənəsini sındırıblar. Dostu dərhal xəstəxanaya çatdırıb. Həkimlər təcili əməliyyat etdilər. 3 saatlıq əməliyyat çox ağır keçdi. Narkozdan çox gec ayıldı. İndi özünü nisbətən yaxşı hiss edir”.

Yenicag.az

Şərhlər

XƏBƏR LENTİ