SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sevgilisi qadın həkimi bizlədi — Poliklinikada cinayət

Sevgilisi qadın həkimi bizlədi — Poliklinikada cinayət

Tarix:

24-08-2017, 09:52

/ 65 085 dəfə oxundu.
Sevgilisi qadın həkimi bizlədi — Poliklinikada cinayət

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Bülbül prospektində yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının nəzdindəki Travmatoloji məntəqədə qeydə alınıb.

Orada həkim kimi fəaliyyət göstərən 1972-ci il təvəllüdlü Eyyubova Faizə İslam qızı özünün dediyinə görə, sevgilisi ilə poliklinikanın içərisində mübahisə edib.

Bu zaman kişi iti bizlə ona bədəninin bir neçə yerindən xəsarət yetirib. Həkim təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ