SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Kontakt Home" mağazasında dava düşdü

"Kontakt Home" mağazasında dava düşdü

Tarix:

19-08-2017, 14:47

/ 135 685 dəfə oxundu.
"Kontakt Home" mağazasında dava düşdü

Dava-dalaş bu gün Yasamalda A.M.Şərifzadə küçəsində yerləşən "Kontakt Home" mağazalar şəbəkəsində yaşanıb.
Adı açıqlanmayan xanım müştəri əvvəlcə xəzinə şöbəsinin otağında aldığı telefonun xarab çıxdığını sübut edərək haqqını tələb etməyə çalışıb, daha sonra onun oğlu da "Kontakt Home" mağazasının səlahiyyətli şəxsinə etiraz edib. Səbəb isə, mağazada işləyən şəxsin polisə zəng vuracağı hədəsi olub.
Qadın iddia edir ki, 700 manat ödəniş edərək smartfon alıb, lakin telefon işləməyib. Daha sonra o "Kontakt Home" mağazasının servisinə gedib, ancaq orda da problem həll edilməyib. Onun dediyinə görə, servis xidməti telefonu yararsız çıxan müştərilərlə doludur.
"Qaynarinfo" xəbər verir ki, Bizimyol.info saytının əməkdaşı bu hadisənin şahidi olub.
Xatırladaq ki, dünən tanınmış alim, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də öz "Facebook" profilində "Kontakt Home" mağazalar şəbəkəsini özbaşınalıqda ittiham etmiş və mağazanın qurbanı olduğunu yazmışdı.
Həmin statusu olduğu kimi təqdim edirik:
"Kontakt Home" mağazalarından mal almayın. Baxmayın sağda, solda verdikləri reklama... Məqsədləri xidmət deyil, sırf pul qazanmaqdır. Müştəri məmnunluğunu təmin edirlərmi, bir də vətəndaşlar qərar versin.
Müştəriyə başdan göstərdikləri etinasızlığı burada obyektiv şəkildə təqdim edirəm.

1. 12 avqust 2017 tarixində 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən "Kontakt Home" mağazasından 1350 manata nağd pulla LG markalı soyuducu alıram.

2. Soyuducu 14 avqust 2017 tarixində ünvana gətirilir. O saatda evdə yox idim. Soyuducunu gətirən şəxs soyuducunun böyük olduğuna görə mətbəxə girmədiyini, bunun üçün servis çağırıb qapının sökülüb sonradan quraşdıralacağını, servisdə bu xidmətin 40 manat olduğunu qeyd edir. Sonradan mətbəxin qapısını sökərək soyuducunu içəri salırlar.

3. Axşam evə gəldikdə, soyuducu qapısının bağlama mexanizmində bir qüsur aşkar edirəm. Soyuducunu heç qoşmuram.

4. Ertəsi gün, 15 avqustda, bunların texniki dəstək nömrəsinə zəng edirəm. Məsələyə pozitiv yanaşmadıqları üçün soyuducunu aldığım mağazaya gedirəm, müraciətimi alıb qeyd edirlər ki, ən geci sabah soyuducu dəyişdiriləcəkdir.

5. 15 və 16 avqustda texniki xidmətdən zəng gəlir ki, bu gün vaxt eləsələr bəlkə gəlib baxdılar. 16 avqustda 14.00 ilə 16.00 arasında bunları gözlədiyim halda gəlmədilər, halbuki razılaşmışdıq.

6. Satılan mal daha sonra xarab olmadığı, xarab halda mənə gətirilib təhvil verildiyi nəzərə alınsa, bu İnzibati Xətalar Məcəllləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta təşkil edir.

7. Bu 3 gün ərzində keçirdiyim əsəb gərginliyinin mənəvi zərər olaraq dəyəri bir xeyli yuxarı olsa gərək. 17 avqust 2017 tarixində saat 11 radələrində bunlarla telefonla əlaqə saxlayıb müdriyyətlə danışmağı tələb etsəm də, onlarla bağlamamışlar, onun əvəzində xəttə gözlədiblər, sonra da deyiblər ki texniki servis ilə əlaqə yarada bilməmişik, yarım saata əlaqə saxlayacayıq. Onlara açıq-açıq hansı addımları atacağımı bildirdim, məsələnin düzəldilməsi üçün hansı addımlar atacaqlarını soruşdum. Yəni məndən günah getdi. Bu səbəblə bu gün etibarıyla rəsmi instansiyalara şikayət edirəm və məsələni də ictimailəşdirirəm ki, gələcəkdə siz də belə bir qeyri-peşəkarlığın qurbanı olmayasınız.

8. 17 avqust axşam saatlarında mağazadan zəng edib, soyuducunun əvəzinə vitrindəki malı verməyi təklif etdilər. Qəbul etmədim. Həmin axşam soyuducunu qapısını öz imkanlarımla düzəltdirdim".

Qeyd edək ki, "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı şikayətlərin sayı günbəgün artmaqda davam edir. Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ