SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Deputat Rüstəm Xəlilov atasına heykəl qoydurub, onu məcburi ziyarət etdirir”

“Deputat Rüstəm Xəlilov atasına heykəl qoydurub, onu məcburi ziyarət etdirir”

Tarix:

19-08-2017, 10:39

/ 133 299 dəfə oxundu.
“Deputat Rüstəm Xəlilov atasına heykəl qoydurub, onu məcburi ziyarət etdirir”

Şamaxı rayon sakini Cəbrayılov Ağamikayıl Oruc oğlu Sabirabad rayonundan millət vəkili Rüstəm Xəlilov barədə ciddi ittihamlar səsləndirib

O qeyd edib ki, deputat və qardaşı onun yaxın qohumlarına qarşı qərəzli olmaqla yanaşı, onları yaşadıqları kənddən sürgün etdirməyə çalışır.
Şikayətçi həmçinin bildirib ki, deputat Sabirabad rayon Nizami kənd bələdiyyəsinin qarşısında atasına heykəl qoydurub. Kənd sakinləri mühim günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir. İddiaya görə, deputat atasına qoydurduğu heykəllə ŞƏHİDLƏR LÖVHƏSİNİN qarşısını kəsərək vətən uğrunda canından keçən oğullarımıza hörmətsizlik nümayiş etdirir.
Xatırladaq ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub.
Qeyd edək ki, Xəlilov Rüstəm 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi deputat seçilib, Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür.

24saat.org
“Deputat Rüstəm Xəlilov atasına heykəl qoydurub, onu məcburi ziyarət etdirir”
“Deputat Rüstəm Xəlilov atasına heykəl qoydurub, onu məcburi ziyarət etdirir”

Şərhlər

XƏBƏR LENTİ