SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda ağır qəza: Ölən var

Bakıda ağır qəza: Ölən var

Tarix:

14-08-2017, 09:19

/ 59 782 dəfə oxundu.
Bakıda ağır qəza: Ölən var

Bakıda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyimiz xəbərə görə, Bakının Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1959-cu il təvəllüdlü Əzimov İlham Məmmədqulu oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:15-də başa çatıb.

Şərhlər

XƏBƏR LENTİ