yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib
17-07-2017, 14:24 146 827 dəfə baxılıb

17 iyul 2017-ci il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il iyul ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Hesabat məruzəsində ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyi, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilərək, ilin birinci yarısının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 421,6 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artım sürətinin əldə edildiyi, istehlakçılara 1 milyard 417,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də hesabat dövrü ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 33,1 milyon manatlıq investisiyanın yatırıldığı qeyd olunub.
Rayonda həyata keçirilən pilot layihələr barədə danışılarkən, hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təkliflərinin nəzərə alınaraq, Nazirlər Kabinetinin rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarından irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyi və beləliklə də rayon ərazisində yerləşən 10 ünvanda artıq tikinti işlərinə başlanıldığı, 22 ünvanda isə sənədləşdirmə işlərinin davam etdiridiyi nəzərə çatdırılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın 30 may 2017-ci il tarixdə Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı çıxışındakı sahibkarlar və şirkət rəhbərlərinə ünvanlanan çağırışına dəstək məqsədi ilə ötən ay Nərimanov rayonunda fəaliyyət göstərən sahibkarların təşəbbüsü ilə ümumi yığıncağın keçirildiyi və istər ölkə rəhbərinin hesabat iclasında, istərsə də ölkəmizin birinci xanımının mərasimdəki çıxışlarında sözügedən sosial layihələrdə iştirakçı olaraq öz dəyərli töhfələrini verən sahibkarlar barədə xoş sözləri xüsusi vurğulanaraq, rayonda fəaliyyət göstərən şirkətlər tərəfindən 30 mənzilin rayon ərazisində hazırda tikilməkdə olan binalardan bu məqsədlə məcburi köçkünlər üçün ayrıldığı və bu istiqamətdə müvafiq işlərin davam etdiriləcəyi deyilib, həmçinin yerli icra hakimiyyəti olaraq onlar üçün zəruri olan hər bir dəstəyin göstəriləcəyi bildirilib.
Ölkə xaricində həyata keçirilən geniş layihələrdən söz açılarkən, dövlətimizin başçısının xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti üzrə müvafiq fərmanlarına uyğun olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İş Mərkəzinin inşa edildiyi qeyd edilib və bu layihənin reallaşmasının respublikamızda istehsal olunan rəqabətədavamlı məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağı və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyi əminliklə bildirilib.
Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3810 yeni iş yerinin yaradıldığı qeyd edilərək, yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi əlavə edilib.
Eyni zamanda, ötən rüb ərzində rayon rəhbərliyi tərəfindən 1152 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı edilən 129 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 315 müraciətdə 187-nin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Rahatlığın Məkanı – Qold” MMC-nin sədri, iş adamı Zəkəriyyə Cəriyev və 14 saylı Uşaq Poliklinikasının baş həkimi vəzifəsini icra edən Zemfira Mirzəyeva rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev rayondakı idarə və müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verərək, rayonun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2017-ci ilin birinci yarısında görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib
Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bashchisi, genish, Shuranin, Hakimiyyeti, cra, yaninda, iclasi, Nerimanov, Rayon, kechirilib
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ