yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Daha bir generalın adı qalmaqalda - “General Səfər Mehdiyev Prezidentin son çıxışından nəticə çıxarmalıdır”

Daha bir generalın adı qalmaqalda - “General Səfər Mehdiyev Prezidentin son çıxışından nəticə çıxarmalıdır”
17-07-2017, 12:08 142 913 dəfə baxılıb
yüklənir...

İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində bir çox önəmli məqamlara toxunub.

Həmçinin, Prezident məmur övladlarının davranışlarından da söz açıb: “Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.

Prezident bu cür fikirləri birinci dəfə səsləndirmir, yəni, bundan əvvəl də cəmiyyətdə məmur uşaqlarının, məmurlarla qohum olan şəxslərin sadə vətəndaşları incitməsi hallarıyla üzləşmişik.

Əlbəttə ki, dövlət başçısı hər bir mənfi hala qarşı olduğunu yalnız bəyanatlarıyla göstərmir, “cızığını keçənlər” öz cəzalarını alırlar.

Lakin bəzi məmurlar da var ki, hansısa yollarla bu günə qədər “müşahidə zonası”ndan kənarda qala biliblər. Bu cür məmurlardan kimisi mətbuatı susdurmaqla, kimisi də “düşmən”ləri zərərsizləşdirməklə buna nail olublar.

Bu günlərdə mətbuatda “Səfər Mehdiyevin qohumundan şikayət edən sahibkarlar təzyiqə məruz qalır?” başlıqlı yazı dərc olunmuşdu.

Sözügedən yazıda bildirilirdi ki, artıq 2 həftəyə yaxındır Enerji Gömrük İdarəsi “Rovel Trading”in idxal etdiyi akkumlyator dolu TIR-ı Binəqədi gömrüyündə saxlayıb, nə malı boşaltmağa imkan verir, nə də türkiyəli sürücü Bülent Öztürkün vətəninə qayıtmasına imkan verir.

B.Öztürk məsələ ilə bağlı Türkiyənin Bakıdakı səfiri Erkan Özorala da müraciət etmişdi.

Biz iyulun 11-də sözügedən Bülent Öztürklə əlaqə saxladıq və onun hələ də Bakıda, Binəqədi Gömrüyündə ləngidiyini öyrəndik.

“Hələ də Türkiyəyə qayıda bilmirəm. Keçən ilin oktyabr ayında da başqa yoldaşlar mal gətirmişdi, belə ləngimişdilər. Mənim Azərbaycan Gömrük Komitəsinin əleyhinə heç bir iddiam yoxdur, hər hansı sənədləşdirmə işlərində müəyyən yubanma ola bilər. Lakin mən yükümü boşaldıb getmək istəyirəm. Anladığım odur ki, DGK-nin “Rovel Trading” ilə problemləri var. Biz məsələylə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyindən kömək istədik. Enerji Gömrük İdarəsi faksla səfirliyə bildirib ki, mən malı boşaldıb gedə bilərəm. Lakin Binəqədi Gömrüyündə deyirlər ki, buna icazə yoxdur. Türkiyədə xəstəm var, gedə bilmirəm. Mən sürücü adamam, mənə maşınla bağlı sual verin, cavab verim. Lakin məni sorğu-suala çəkmək, on gündən çox saxlamaq nə deməkdir, anlamıram”, – deyə B.Öztürk bildirdi.

İyulun 12-də “Rovel Trading”in direktoru İntiqam Həsənovdan məsələnin eyni vəziyyətdə qaldığını öyrəndik.

O qeyd etdi ki, hələ də heç bir əsas və alternativ maliyyə arayışı təqdim etməyən Enerji Gömrük İdarəsi onları “cəzalandırmağa” davam edir.

“Əgər biz düzgün ödəniş etməmişiksə, buyurub bizə maliyyə arayışı təqdim etsinlər, dövlət büdcəsinə o fərqi də əlavə olaraq ödəyək. Amma məsələ başqadır… Vaqif İbrahimov və Rəfael Niftəliyev bizi ölkə rəhbərliyinə və mətbuata şikayətlərimizə görə cəzalandırırlar. Məlumdur ki, şərikim Həmid Vəkilov Enerji Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Rəfael Niftəliyevin diplomu haqqında məsələ qaldırıb, onun saxta olub-olmaması barədə DGK-ya sorğu verib. Hətta bu barədə məhkəmə iddiasını rədd edən hakim də vəkilə bildirib ki, “şikayəti rədd etməyimi hansı səbəblə əsaslandırım, özüm də bilmirəm”.

Beləliklə, sual yaranır. Əgər Rəfael Niftəliyevin diplomu saxta deyilsə, niyə onu açıqlamır? Bütün bu sıxışdırmalar da məhz ondan qaynaqlanır”, – deyə İ.Həsənov vurğuladı.

O, DGK mətbuat xidmətinin iyulun 5-də yayılan məlumatını da şərh etdi: “İnvoys dəyərinə uyğun olaraq, rüsumu keçirmişik. Özləri hansısa kağızları sənədlərimizin içinə atıblar, deyirlər ki, “sənədlər tapılıb”. Sərhəddi keçərkən gömrükçülər hansı sənədə möhür vurubsa, o sənədlər əsasdır, burda “Amerika kəşf etməyə” nə gərək var? Cəmiyyətin fikrini azdırmağa, diqqəti əsas məqamlardan yayındırmağa çalışırlar. İndiyədək bizə heç bir sənəd təqdim olunmayıb, “bunu düz etməmisiniz, belə edin” deməyiblər”.

O, bu gedişatla “Rovel Trading”in bağlanacağını da bildirib.

“Maraqlıdır, onlar dövlət büdcəsinə keçən il 164 min manat vergi ödəmiş şirkəti niyə bağlamağa çalışırlar? Sırf bizimlə qəsdi-qərəzliyin mənası, məqsədi nədir? Nəyə nail olacaqlar?… Düşünürəm ki, ötən gün Prezidentin məmur balaları barədə çıxışı onlara da aiddir. İdarənin rəisi Vaqif İbrahimov Ağdaş rayon icra başçısı Tofiq İbrahimovun oğludur. Rəfael Niftəliyev isə Səfər Mehdiyevin bacanağının oğludur… Göründüyü kimi, məmur uşaqları nəinki sadə vətəndaşları, hətta dövlətə vergi verən sahibkarları belə incitməkdən çəkinmir. General Səfər Mehdiyev də Prezidentin son çıxışından nəticə çıxarmalıdır”, – deyə İ.Həsənov əlavə etdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bir, adi, Daha, chixishindan, Mehdiyev, netice, chixarmalidir, qalmaqalda, Sefer, generalin, , Prezidentin, son, General
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ