SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident generalı oğlunun xuliqanlığına görə cəzalandırıb? (FOTO)

Prezident generalı oğlunun xuliqanlığına görə cəzalandırıb? (FOTO)

Tarix:

12-07-2017, 10:52

/ 124 783 dəfə oxundu.
Prezident generalı oğlunun xuliqanlığına görə cəzalandırıb? (FOTO)

Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu – əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov bir neçə gün əvvəl təkrar həbs olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu – əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib.

SÜRÜCÜNÜ 8 DAYANACAQ İZLƏYİB, SONRA DÖYÜB...

Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin eks-müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovla bağlı məlumat yayıb.

Daxil olan məlumatda bildirilir:

2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olmuş, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

İLK DƏFƏ DEYİL...

Qeyd edilməlidir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onu da xatırladaq ki, övladlarının qudurğanlığı və xuliqanlığına görə məmur atanın cəzalandırılması Azərbaycanda ilk hadisə deyil. Ölkə başçısı çıxışlarında bu barədə bir sıra məmurlara dəfələrlə xəbərdarlıq etsə də, təəssüf ki, hələ də bu kimi hallar təkrarlanır.

qaynarinfo.az
Prezident generalı oğlunun xuliqanlığına görə cəzalandırıb? (FOTO)
Prezident generalı oğlunun xuliqanlığına görə cəzalandırıb? (FOTO)
Prezident generalı oğlunun xuliqanlığına görə cəzalandırıb? (FOTO)

Şərhlər

XƏBƏR LENTİ