SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Adı MTN-nin 18 milyonluq “obnaliçka”sına qarışan nazir istefaya gedir

Adı MTN-nin 18 milyonluq “obnaliçka”sına qarışan nazir istefaya gedir

Tarix:

4-07-2017, 09:11

/ 44 715 dəfə oxundu.
Adı MTN-nin 18 milyonluq “obnaliçka”sına qarışan nazir istefaya gedir

“Obnaliçka” - nağdlaşdırma əməliyyatlarının iştirakçılarının MTN məhkəməsində ifadələri müdafiə sənayesi naziri Yavər Camalovun da adını bu işə qarışdırıb
Artıq bu nazirin də adı MTN-nin “obnaliçka” əməliyyatında çəkilir.
Eldar Mahmudov bandasının törətdiyi cinayətlərin hər yeni səhifəsi açıldıqca altında ayrı-ayrı məmurlar çıxır.
Yavər Camalovun adı isə ilk dəfədir bu məsələdə detallı faktlarla öz əksini tapıb.
Cinayət işinin materiallarına görə, İlkin İbadovla Kamal Seyfullayevin “Texnikabank”dan götürdükləri 3 kisə pul Müdafiə Sənayesi Nazirliyinə (MSN) aid dövlət büdcəsindən ayrılmış vəsaitlər olub. K.Seyfullayev bu pul əməliyyatlarından cəmi 50-100 min manat qazanıb.
Müdafiə sənayesinin inkişafı məqsədilə büdcədən ayrılmış vəsaitin mənimsənilməsi prosesində istifadə olunan ikinci variant nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan pulların yeyilməsi və istehsal müəssisələrinin yaradılması üçün ayrılan vəsaitlərin oğurlanmasıdır.
Nazirliyin işçiləri bildirirlər ki, həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən həmin an nağdılaşdırılır və nazirin birinci müavininə (Yəhya Musa oğlu Musayev) qaytarılır.
Məlumata görə, Yavər Camalovun adının MTN prosesinə qarışması və 3 kisə pulun mənimsənilməsi onun dosyesinə də yenidən baxmağa zərurət yaradıb.
Hakimiyyətin Nazirlər Kabinetini yeniləməsi prosesində Y.Camalovun da vəzifəsindən gedəcəyi gözləniləndir. Üstəlik, onun yaşı da buna dəlalət edir.
Məsələn, özəl firmalar 3 koordinatlı frez dəzgahının 1 ədədini 43 min 200 manata satsalar da, MSN bu qiymətə aldığı 3 dəzgahın hər birini 332 min 324 manata rəsmiləşdirməklə 7,6 dəfə şişirtməyə yol verib.
Alınan 4 koordinatlı 3 frez dəzgahının bazar qiyməti 43 min 200 manat olsa da, MSN-in sənədləşdirilməsində onların hər birinin qiyməti 384 min 728 manat 16 qəpik göstərilib. Bu dəzgahların alınmasında 8,9 dəfə şişirtməyə yol verilib.
Bazar qiyməti 44 min 455 manat olan pardaxlama dəzgahı isə 212 min 500 manata rəsmiləşdirilməklə qiyməti 4,78 dəfəyə kimi şişirdilib. 22 min alış qiyməti olan xonlama dəzgahının rəsmiləşdirilməsi zamanı isə fantastik şişirtməyə yol verilib.
Ortada 18 milyonluq nağdılaşdırmanın detalları var, araşdırma bir qədər də genişləndirilsəydi, 18 rəqəmin ardına sıfırlar artırılmalı, bir çoxlarının iri vəzifələri də MTN kimi sıfırlanmalıdır.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ