SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Modelin ölümünə səbəb olan yaxta kimindir? – “Deputat oğlu yanında olub”

Modelin ölümünə səbəb olan yaxta kimindir? – “Deputat oğlu yanında olub”

Tarix:

3-07-2017, 16:46

/ 63 608 dəfə oxundu.
Modelin ölümünə səbəb olan yaxta kimindir? – “Deputat oğlu yanında olub”

Azərbaycanlı model, “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olmuş Günel Mirzəyevanın dənizdə boğulması ilə bağlı yeni məlumatlar yayılıb. Daha dəqiqi modelin gəzintiyə çıxdığı yaxtanın sahibinin kim olduğuna dair suala aydınlıq gətirə biləcək xəbərlər ortaya çıxıb. Bu haqda “Azadlıq.info”ya ilginc məlumat daxil olub
Məlumatı verməzdən öncə xatırladaq ki, hadisə iyunun 26-da baş verib, amma modelin meyiti iyunun 29-da tapılıb. Günel Mirzəyeva Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda o, yaxtadan suya düşüb. Üzməyi bacarmayan model batıb. Yanındakılar isə heç bir ziyan çəkməyib. Yaxtanın kimə aid olduğu isə qaranlıq qalıb.
Belə ki, yaxta mütləq Fövqəladə Hallar Nazirliyinin “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”ndə qeydiyyatda olmalıdır. Adıçəkilən qurum sözügedən yaxtanın kimə məxsus olması, həmin gün dənizə çıxmağa icazəsinin olub-olmaması haqda suallara aydınlıq gətirmək istəməyib.
Ancaq bugünlərdə mətbuatda yayılan xəbərlərdə də konkret ad çəkilməsə də, hadisənin baş verdiyi yaxtanın deputatlardan birinin oğluna məxsus olduğu bildirilib. Bu haqda daxil olan məlumatda isə bildirilir ki, hadisə vaxtı Günel Mirzəyevanın yanındakı dostları arasında deputat Elmira Axundovanın oğlu Həbib Axundov da olub.
Bu da yaxtanın Həbib Axundova aid ola biləcəyinə dair şübhələrə yol açıb.
Yazıda o da qeyd edilir ki, Həbib Axundovun adı iştirakçısı olduğu müxtəlif qalmaqallarla əlaqədar tez-tez mediada müzakirə mövzusu olur. Son üç-dörd ildə Həbib Axundovdan dövlət başçısı, Baş prokuror, Daxili işlər naziri və s. dövlət strukturlarına da onlarla şikayət məktubu göndərilib. Adamlar deputat oğlunun onları bisnes qurmaq adı ilə aldadıb, pullarını əllərindən aldıqlarını bildirirlər.
Bu məsələ ilə əlaqədar “Azadlıq”ın redaksiyasına başlarına açılan oyunu ictimailəşdirmək üçün şikayət məktubu göndərənlər yazdıqlarını təsdiqləyən səs yazılarını da əlavə eləmişdilər. Səs yazılarında istər istər Həbib Axundov, istərsə də deputat anası adamlarlardan pul alındığını və qaytarılmadığını etiraf edirlər.
Bundan başqa, Həbib Axundov dəbdəbəli həyat tərzi, çoxsaylı bahalı mülkləri və obyektləri ilə də ara-sıra gündəmə gəlib.
Qeyd edək ki, Günel Mirzəyevanın ölümü ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məsələ burasındadır ki, mərhumun bir sıra yaxınları, dostları onun özünün bədbəxt hadisə nəticəsində dənizə düşdüyünü düşünmür.

İddialarla bağlı, Həbib Axundovun da mövqeyini dərc etməyə hazırıq.
Modelin ölümünə səbəb olan yaxta kimindir? – “Deputat oğlu yanında olub”
Modelin ölümünə səbəb olan yaxta kimindir? – “Deputat oğlu yanında olub”

Şərhlər

XƏBƏR LENTİ