yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İlham Əliyev məşhur icra başçısını işdən çıxartdı

İlham Əliyev məşhur icra başçısını işdən çıxartdı
1-07-2017, 15:30 86 562 dəfə baxılıb

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunub.

Xalqxeber.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İbrahim Mehdiyev 1 aprel 1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.

2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki övladı var.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: chixartdi, lham, icra, ishden, meshhur, Eliyev, bashchisini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ