SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qusar RİH-i 2-ci qrup əlildən kompensasiya tələb edir-ŞİKAYƏT

Qusar RİH-i 2-ci qrup əlildən kompensasiya tələb edir-ŞİKAYƏT

Tarix:

23-06-2017, 10:04

/ 171 567 dəfə oxundu.
Qusar RİH-i 2-ci qrup əlildən kompensasiya tələb edir-ŞİKAYƏT

Qusar şəhər sakini, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən xalqxeber.az-ın redaksiyasına şikayət ərizəsi daxil olub. Həmin şikayəti olduğu kimi sizlərə təqdim edikir:


Ə R İ Z Ə

1992-1993-cü illərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində əzab -əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim yaşayış evim 02.06.2010-cu il tarixdə məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, hətta söküntü vaxtı iştirakım təmin olunmadan ekskavatorla sökdürməklə, bütün əmlakım qəsdən məhv edilməklə, evimdə, seyfdə saxladığım 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaradılmaqla, Azərbaycan Respublikası CM-nin 157.3, 177.3.2, 186.2.1, 308.1, və 309.1-ci maddələrdə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə qanunsuz tapşırıq vermisiniz.
7 il ərzində Sizin və əməkdaşlarınızın cinayət tərkibli hərəkətləri Qusar rayon prokurorluğu tərəfindən araşdırılır.Bütün hallarda Siz nüfuzunuzdan istifadə etməklə hüquq-mühafizə organların, məhkəmələrin işinə qanunsuz müdaxilə etməklə, haqlı və əsaslı tələblərimin təmin edilməsinə maneçilik törətmisiniz
Qusar rayon prokurorluğu cinayət tərkibli hərəkətlərinizi müdafiə edərək " cinayət işinin başlanmasının rədd edilməsi " haqqında qərarlar qəbul etsə də, həmin qərarlardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlərimlə Sumqayıt Apellyasiya Mənkəməsini 17.02.2017-ci il tarixli, Qusar rayon məhkəməsinin 09.iyun 2017-ci il tarixli qərarları ilə, Qusar RPŞ-nin təhqiqatçısı Kənan Nəcəfov və müstəntiq Ömər Rzayev tərəfindən qəbul edilmiş 14 may 2017-ci il tarixli qərar ləğv edilərək, cinayət materialları təkrarən araşdırılması məqsədilə istintaqa prossesual rəhbərliyi həyata keçirən Qusar rayon prokurorluğuna qaytarılmışdır.
Azərbaycan Respublikası CPM-nin 12.2-ci maddəsinin tələblərinə, qanunla qorunan Konstitusiya hüquqlarım çərçivəsində qanunsuz vurulmuş zərərə görə 332000 manat məbləğidə maddi və mənəvi zərərə görə kompensasiyanı qisa müddət ərzində Sizdən tələb edirəm.
Əks təqdirdə Sizin qanunsuz əməllərindən Azərbaycan Respublikasınının hörmətli prezdenti İlham Əliyev cənablarına şikayət edəcəyəm.
Əgər qissa müddət ərzində mənə vurulan zərərə görə kompensasiya ödəməsəniz, tərəfinizdən mənə qarşı edilmiş qanunsuz hərəkətləri Sizə də 5 qat artıq tətbiq etmək məcburiyyətində qalacağam. Bütün qaanunsuz hərəkətlərə görə isə, qanun və məhkəmə qarşısında Siz cavabdehlik daşıyacaqsınız.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ