SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dağıstanda VİP tikən Abbas Abbasovun oğlu Azərbaycandan üz çevirdi

Dağıstanda VİP tikən Abbas Abbasovun oğlu Azərbaycandan üz çevirdi

Tarix:

23-06-2017, 09:24

/ 154 271 dəfə oxundu.
Dağıstanda VİP tikən Abbas Abbasovun oğlu Azərbaycandan üz çevirdi

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, iflasa uğramış “Milyarderlər ittifaqı” layihəsinin rəhbəri Abbas Abbasovun oğlu da Azərbaycandan üz çevirib
Keçmiş deputat Aydın Abbasov sosial şəbəkələrdə hakimiyyət əleyhinə olan statusları layk etməklə siyasi mövqeyini dəyişib.
A.Abbasov Feysbukda iqtidara yönəlik tənqid yazanları izləyir, layk edir. Onun nə vaxtsa Milli Şuraya qoşulacağını da istisna etmək olmaz.
Necə ki, Gültən Hacıbəyli düşərgəni dəyişib. Onun küskünlüyü isə atası ilə bağlı baş verənlər və deputat seçilməməsidir.
Üstəlik, Aydın Abbasov Azərbaycandan elə üz çevirib ki, Dağıstanın Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının ərazisində çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirir. Bu barədə “RİA Dagestan” agentliyi bildirir.
Agentliyin məlumatına görə parkın ərazisində sürətli templə “Derbent-Plaza” yaşayış kompleksinin tikintisi davam edir. Baxmayaraq ki, parkın ərazisində hər hansı tikinti işlərinin aparılması qadağan olunmuşdu.
Tikinti işləri bir neçə ay əvvəl başlayıb. Apreldə binanın cəmi 3 mərtəbəsi tikilmişdisə iyunun 20-nə olan məlumata görə binanın artıq 7-ci mərtəbəsi tamamlanmışdı.
Bəzi məlumatlara görə bu layihə bir qrup sahibkar tərəfindən həyata keçirilir ki, onların arasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun yaxın dostu olan Abbas Abbasovun oğlu da var.
Abbas Abbasova ilk ciddi zərbə isə Azərbaycandakı biznesinin çökdürülməsi ilə vuruldu.
Bunun ardınca, onun qardaşı Nadir Abbasov Azərbaycan Beynəlxalq Bankından götürdüyü 10 milyon dollar krediti ödəyə bilmədiyi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldı.
Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü və pulu vaxtında ödəyə bilmədiyi üçün saxlandığı bildirilir.
Şərti adı “Milyarderlər ittifaqı” olan oliqarxlar vadisi təzədən siyasi arsenala çıxmağa hazırlaşır. Kremlin təzyiq rıçaqına çevirdiyi bu təşkilatın missiyası seçkidən-seçkiyə fəallaşmaqdır.
Moskva 2018-ci il prezident seçkilərində yeni namizədlə iştirak etməyi planlaşdırır. Bu planın tərkib hissəsi isə ÜAK-ın qeydiyyatını ləğv etməkdir.
Başqa bir tərəfdən, prezident İlham Əliyev hakimiyyətinə 2018 seçkisində təzyiq etmək üçün “Milyarderlər ittifaqı”nı hərəkətləndirmək lazımdır.
Qərb institutları hakimiyyətə insan haqları və demokratiya mövzusunda təzyiqlər edirsə, Rusiyanın şantajı daha çox bu üslubda olur - meydana öz texnikasını çıxarır. Hər halda 2013 hadisələri yaddan çıxmayıb.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ