SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həbs edilən azərbaycanlı milli fəalın səhhəti pisləşdi

Həbs edilən azərbaycanlı milli fəalın səhhəti pisləşdi

Tarix:

22-06-2017, 17:34

/ 165 673 dəfə oxundu.
Həbs edilən azərbaycanlı milli fəalın səhhəti pisləşdi

İyunun 11-dən aclıq aksiyasına başlayan ərdəbilli milli-mədəni fəal Həbib Sasanianın səhhəti pisləşib.

Aclıq aksiyasının 10-cu günündə səhhəti ağırlaşan Sasanian yüksək qan təzyiqi və böyrək xəstəliyindən əziyyət çəkir. Onun şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.
Vəkili prosesə qatılmadığı üçün Həbib Sasanian üçüncü dəfə Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatılmaqdan imtina edib, nəticədə proses iyulun 12-nə təxirə salınıb.
ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) fəalı təhdid edərək, aclıq aksiyası ilə bağlı xəbərin mətbuata çıxacağı halda onun ailə üzvləri üçün təhlükəli olacağını bildirib.
Həbib Sasanian 2016-cı il mayın 15-də Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd, İsmail Əfxəmi və Yunis Rəhimi adlı 5 azərbaycanlı fəalla birlikdə Ərdəbildə yaxalanıb. Fəalın müvəqqəti saxlanma müddəti 14-cü ayıdır ki, Təbrizin İnqilab Məhkəməsi tərəfindən uzadılır.
Fəallar “Ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamı ilə mühakimə olunur, lakin məhbuslar irəli sürülən ittihamı rədd edir.
Ötən həftələrdə Təbrizin İnqilab Məhkəməsi Sasanianın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq məqsədi ilə onun barəsində bir milyard tümənlik mülki girov qərarı çıxarıb. Fəalın ailəsi isə ağır məbləğdə girovu təmin etmək imkanına malik olmadığını deyib.
44 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
H.Sasanian evlidir, onun 11 və 15 yaşlı iki övladı var.

Şərhlər

XƏBƏR LENTİ