SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Tender kralı” Ramazan Məmmədov Vidadi Zeynalovun dövlətə vurduğu ziyanı ödəyir?

“Tender kralı” Ramazan Məmmədov Vidadi Zeynalovun dövlətə vurduğu ziyanı ödəyir?

Tarix:

22-06-2017, 13:42

/ 143 773 dəfə oxundu.
“Tender kralı” Ramazan Məmmədov Vidadi Zeynalovun dövlətə vurduğu ziyanı ödəyir?

“Rabitə işində” yeni gəlişmə: Ortağı on milyonlarla manat dövlət əmlakını talayan şəxsi azadlığa çıxması üçün çalışır
Dövlət əmlakını mənimsəyən və bir sıra dövləti xəyanətlərdə ittiham olunan mütəşşəkil dəstənin həbsdən yayınan üzvləri öz ortaqlarını həbsdən çıxarmaq üçün milyonlardan belə keçməyə hazırdırlar. Ötən həftə mətbautda adı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir hissəsini ödəməsi ilə bağlı məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, V. Zeynalov bir bir müddət əvvəl 2,2 milyon manat ödəyib, onun hazırda dövlətə ödəməli olduğu məbləğ isə 2 milyon manatdır. Bundan əvvəldə “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən bir neçəsi dövlətə vurduğu ziyanı ödəmələri barədə məlumat yayılmışdı .
Məsələ ilə bağlı daxil olan məlumata görə Vidadi Zeynalovun ödədiyi 2,2 milyon manatı Bakı şəhər İcra Hakimiyyətində “tender kralı” kimi tanınan Hacı Ramazan Məmmədovun verdiyi deyilir. Qeyd edək ki, Vidadi Zeynalovun 2,2 milyon manat vəsaiti ödəmək üçün ailəsinin evini satması barədə mediaya məlumat verildi. Məsələ ilə bağlı AzFakt.com -u məlumatlandıran şəxsin bildirdiynə görə isə, həqiqətəndə Vidadi Zeynalovun evi satılıb. Ancaq həmin evi Zeynalovun dövlət vəsaitlərinin mənimsənilməsində ortağı olaraq çıxış edən Ramazan Məmmədov alıb. Mənbə bildirir ki, Ramazan Məmmədov həmin evə sahiblənmək kimi bir fikri də yoxdur. Ev elə Vidadi Zeynalovun ailəsinə məxsus olaraq da qalacaq. Sadəcə Vidadi Zeynalov və Ramazan Məmmədov belə bir fon yaratmaq istəyir ki, onlarda nəqd pul yoxdur və dövlətə dəyən ziyan Vidadi Zeynalovun əmlakının satılması yolu ilə ödənilir. Yəni ortaqlar əllərindəki nəğd pulu ortaya çıxartmaqdan çəkindikləri üçün bu cür aldadıcı variantlara əl atıblar.
Mənbə onu da vurğulayır ki, dövlətə dəyən ziyanın bir hissəsi ödənildikdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri içəridən şəriki, Bakı şəhəri icra hakimiyyətinin tender “kralı” kimi tanınan və son 10 ildə bütün böyük tendərləri bir qayda olaraq “udan” və bu “uduşların” sayəsində də ərəb şeyxləri kimi varlanan Ramazan Məmmədova tapşırıq verib ki, onun azadlığa çıxarılması, yaxud da cinayət işinin yüngülləşdirilməsi üçün bütün imkanlarından yararlansın və vasitələri işə salsın. Qeyd edək ki, son zamanlar cəmiyyətdə Vidadi Zeynalovun dövlətə dəyən ziyanı ödədikdən sonra şərti cəza ilə azadlığa çıxa biləcəyi ilə bağlı dedi-qodu dolaşmaqdadır.
Vidadi Zeynalovun yaxın ətrafının verdiyi məlumatda görə artıq bir neçə gündür ki, Ramazan Məmmədov gecə-gündüz hakimiyyətin müxtəlif kanalları ilə təmasda olur. Hacı Ramazan yaxın adamlarına açıq-aşkar bildirib ki, Vidadi Zeynalovun həbsdən azad olunması üçün lazım olsa, 30 milyon verməyə hazırdır. “Tenderlər kralı”nın eyni təklifi bir neçə vəzifəli şəxsə də müraciət etdiyi qeyd olunur. İnformasiya mənbəmiz iddia edir ki, hazırda hakimiyyət dairələrində Ramazan Məmmədovun əsas çıxış kanalı Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur. Lakin “MTN işi”ndə və “Rabitə işi”ndə Əli Əsədovun adının davamlı olaraq hallanması, bir zamanlar çox qüdrətli olan prezident köməkçisinin nüfuzunu hakimyyət içində xeyli zəiflədib. Mənbə AzFakt.com-a bildirib ki, bundan sonra heç bir qalmaqallı işdə yer almaq istəməyən Ədi Əsədov Ramazan Məmmədovun Vidaid Zeynalovla bağlı təklif və xahişlərini geri çevirib və bu məsələyə qarışa bilməyəcəyini açıq deyib. Patronunun onu geri çevirməsindən sonra isə Ramazan Məmmədovun başqa qapılar döydüyünü, lakin hələ də müsbət cavab ala bilmədiyi bildirilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ