SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İlham Əliyevin mesajı kimlərə ünvanlanmaşdı? – Qarabağ probleminin həllində tərəfdaşlıq perspektivləri

İlham Əliyevin mesajı kimlərə ünvanlanmaşdı? – Qarabağ probleminin həllində tərəfdaşlıq perspektivləri

Tarix:

25-01-2017, 15:22

/ 1 980 dəfə oxundu.
İlham Əliyevin mesajı kimlərə ünvanlanmaşdı? – Qarabağ probleminin həllində tərəfdaşlıq perspektivləri

Xəbər verildiyi kimi, Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistin Qarabağda hərbi əməliyyatların keçiriləcəyi halda Rusiyanın buna reaksiyasının necə olacağı haqda sualına cavab olaraq əvvəl “atəşkəs haqda BMT qətnamələrini” yada salıb, daha sonra Qarabağda hərbi əməliyyatların keçirilməsinin “Azərbaycanın daxili işi olmadığını” deyib. Erməni tərəfi Lavrovun bu bəyanatını Rusiyanın mövqeyini dəqiqləşdirməsi kimi şərh edib sevinir.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov elə həmin gün Lavrovun bəyanatına cavab olaraq müsahibə verib, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin məzmunu yada salıb. İndi isə belə görünür ki, prezident İlham Əliyev Sergey Lavrova eyhamla bildirir: “Kim BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini unudubsa yada sala bilərik…”
Azərbaycan prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı konkret mövqe sərgiləyib: “Beynəlxalq hüquq da bizim mövqeyimizi müdafiə edir. Bir çox mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul edib”.
Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. “Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir. BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul edib. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə heç bir təzyiq göstərilmir. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda, Azərbaycan öz gücünü artırmalıdır və artırır” – deyə prezident Əliyev vurğulayıb.
Yaranmış situsaiyanın təhlili onu deməyə əsas verir ki, ölkənin maraqları Avroatlantik məkana inteqrasiyanı nəzərdə tutur. Rusiya ilə əməkdaşlıq isə müsbət bir nəsnə vəd etmir. Enerji daşıyıcıları ilə bağlı layihələr, kreditlər və s. amillər Qərbi daha cəlbedici tərəfdaş edir. Rusiya nə iqtisadi baxımdan, nə də siyasi baxımdan perspektivli müttəfiq deyil. Söhbət heç də Moskvanın imperiya iddialarından da getmir.
Sadəcə olaraq, bu ölkənin yaxın illərdə önəmli bir tərəfdaşa çevrilməsi ehtimalı belə yoxdur. Rusiya siyasi elitası özü də anlayır ki, gələcək perspektiv Avropa ilə əməkdaşlıqla bağlıdır. Məhz buna görə də Rusiya siyasi elitası pullarını Avropa banklarında saxlayır. Rusiya siyasi hakimiyyətinin ən yüksək pilləsində təmsil olunan simaların övladları Avropada təhsil alır, orada biznes fəaliyyəti ilə məşğul olur. Avropa daha təhlükəsizdir. Biznes maraqlarına görə, təhsilin və səhiyyənin səviyyəsinə görə görə Avropa daha təhlükəsizdir.
Qərb MDB məkanını Rusiya təsirindən azad edə biləcək müstəvidir. Rusiya ilə əməkdaşlıq isə təhlükəlidir. Biznes fəaliyyəti qurmaq üçün də yararlı deyil. İstənilən anda milyonlarla vəsait bata bilir. Etibarlılıq baxımından, Kreml yaxşı müttəfiq deyil. Moskva ilə əməkdaşlıq edən siyasi liderlər son anada asanlıqla qurban verilə bilərlər. Tarixdə yüzlərlə belə fakt mövcuddur. Bunu Azərbaycan hakimiyyəti də anlayır. Siyasi elitanın Qərblə əməkdaşlıqdan başqa yolu yoxdur.
Digər tərəfdən, Kremlin tələbləri olduqca böyükdür və “şimal qonşusu” ilə həddən ziyadə yaxınlıq müstəqilliyin itirilməsi ilə sonuclana bilər. Bunlardan çıxış edərək demək olar ki, MDB məkanı iki od arasında qalıb. Elə bu fürsətdən istifadə edən Rusiya “beşinci kolon”un vasitəsi ilə öz ambisiyalarını gerçəkləşdirmək niyyətini gizlətmir. Rusiya ilə yaxınlıq təhlükəlidir. MDB ölkələri kimi kiçik ölkələr üçün “açıq qapı” diplomatiyası da yolverilməzdir. Bölgə ölkələri Qərblə əməkdaşlıq yolunu seçməyə məhkumdur. Bu, ölkənin və siyasi elitanın təhlükəsizliyi baxımından ən düzgün seçim olardı…
Avropa.info-nun ekspert qrupu

Şərhlər

XƏBƏR LENTİ