yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Cocuq Mərcanlıdan İrəvana verilən mesajlar - Növbəti ünvan Şuşadır

Cocuq Mərcanlıdan İrəvana verilən mesajlar - Növbəti ünvan Şuşadır
15-06-2017, 15:44 111 044 dəfə baxılıb

İyunun 14-də prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində olub. Ölkə başçısı kənddə görülən işlərlə tanış olub, sakinlərlə görüşüb. İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə söhbətində vurğulayıb ki, bu gün ölkəmizin həyatında əlamətdar və tarixi gündür:

“Cocuq Mərcanlı kəndinin bərpası münasibəti ilə siz sakinləri, bütün Azərbaycan xalqını təbrik edirəm. Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Siz, bu kənddə yaşayan insanlar kəndin tarixini yaxşı bilirsiniz. İndi isə bütün Azərbaycan Cocuq Mərcanlının tarixini bilir. Bütün dünya Cocuq Mərcanlını tanıyır”.

Prezident qeyd edib ki, Azərbaycan güclü iqtisadiyyata malikdir, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir:

“Bu gün Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu göstərdi. Biz, Azərbaycan cəmiyyəti bunu bilirdi. Aprel döyüşləri dünyaya bunu əyani göstərdi. Bu gün Azərbaycan ordusu torpaqlarını düşməndən azad etməyə qadirdir. Gün gələcək, bayrağımız Şuşada da dalğalanacaq".

Azərbaycanlı siyasi ekspertlər hesab edirlər ki, ölkə başçısı Cocuq Mərcanlıdan həm işğalçıya, həm də beynəlxalq aləmə mühüm mesajlar ünvanlayıb. Ali Baş Komandan növbəti dəfə bəyan edib ki, Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq.

Politoloq Fikrət Sadıqov bildirib ki, bərpa olunan Cocuq Mərcanlı böyük qələbələrimizin ilk addımıdır:

“Biz Cocuq Mərcanlının timsalında gördük ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün həm siyasi iradəsi, həm də hərbi potensialı var. Dövlət başçısının çıxışı zamanı bu məqamlara qabarıq şəkildə toxunuldu. Prezident vurğuladı ki, Azərbaycan ordusu hazırda dünyanın ən güclü ordularındandır. Bu, çox obyektiv etirafdır. Ona görə də hesab edirəm ki, biz bunu nəzərə alaraq fəaliyyətimizi davam etdirək”.

Politoloq vurğulayıb ki, dövlət başçısının bəyanatlarında Azərbaycanın bundan sonra da belə irimiqyaslı addımlar atacağının anonsu verildi:

“Ölkə başçısı bildirdi ki, inşaat işləri, əhaliyə evlərin tikilməsi, kəndlərin, şəhərlərin abadlaşdırılması kimi addımlarımız davam edəcək. Prezident eyni zamanda vurğuladı ki, biz əlimizdən gələni edəcəyik ki, işğal olunmuş torpaqlarımız geri qaytarılsın. Bu çox prinsipial bir mövqedir. Hesab edirəm ki, bu mövqeni bütövlükdə Azərbaycan xalqı bölüşür. Ona görə də biz hamılıqla bu istiqamətdə var gücümüzlə çalışmalıyıq”.

F.Sadıqov hesab edir ki, prezident bəyanatlarında beynəlxalq aləmə ciddi mesajlar göndərdi: “Bu mesajların əsas məzmunu ondan ibarətdir ki, biz aparıcı dövlətlərin münaqişənin həllinə seyirçi mövqeyindən artıq doymuşuq. Əgər onlar həqiqətən regionda təhlükəsizliyi təmin etmək istəyirlərsə, real addımlar atmalıdırlar. Yəni, bizi sülhə çağırmaqla heç nə həll olunmayacaq. Azərbaycan torpaqları işğal altındadır və bizim tərəfdən heç bir kompromis irəli sürülə bilməz. Aparıcı dövlətlər, xüsusən də həmsədr dövlətlər bunu dərk etməlidirlər. Çünki, Azərbaycanın siyasi iradəsi, prinsipial mövqeyi göz qabağındadır. Eyni zamanda biz hərbi qüdrətimizi artırırıq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə AzVision.az bildirib ki, prezident İlham Əliyevin Cocuq Mərcanlıya səfəri beynəlxalq aləmə verilən iki mühüm mesajdır:

“Birinci mesajın əhəmiyyəti odur ki, kənddə bərpa işləri başa çatıb və Azərbaycan hökuməti işğal altındakı digər kəndləri və şəhərləri də bərpa etməyə və ora məcburi köçkünləri yerləşdirməyə hazırdır. İkinci mesajın əhəmiyyəti odur ki, rəsmi Bakı Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yollarla azad edilməsini təmin edə bilər. Cocuq Mərcanlı kəndi sülh yolu ilə azad edilmədi, bu hərbi əməliyyatın nəticəsi idi. Bu, o deməkdir ki, danışıqlar nəticə verməsə, Cocuq Mərcanlı prosesi davam edə bilər”.
E.Şahinoğlu qeyd edib ki, İlham Əliyevin Cocuq Mərcanlıya gəlişi ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri ilə üst-üstə düşüb: “Həmsədrlər əvvəlcə İrəvanda oldular, oradan Dağlıq Qarabağa gəldilər. Həmsədrlərin Bakıya da səfəri nəzərdə tutulub. Bakıdan sonra onların Cocuq Mərcanlıya səfərinin təşkili də aktual məsələdir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: verilen, Novbeti, mesajlar, Mercanlidan, Cocuq, Shushadir, unvan, revana,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ