yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kərəm Həsənov və Ramiz Həsənovun kreslodakı son günləri - İki oliqarx məmurun ətrafında halqa daralır

Kərəm Həsənov və Ramiz Həsənovun kreslodakı son günləri - İki oliqarx məmurun ətrafında halqa daralır
15-06-2017, 10:49 113 237 dəfə baxılıb
yüklənir...

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv olunacağı barədə bir müddətdir, mətbuatda və cəmiyyətdə səslənən fikirlər artıq təsdiqini tapmaqdadır.
Hər iki qurumla bağlı bu günlərdə verilən qərar bunu deməyə əsas verir. Belə ki, hər iki komitənin tabeliyində olan bəzi qurumlar - "Azelektromaş" Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu, "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzi (AZTEST), Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində olan "AzStandartinform" MMC və AzSert" MMC ləğv olunduğunu elan edib.
Bundan bir müddət əvvəl isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bəzi səlahiyyətləri alınaraq, ASAN xidmətə verilmişdi.
Ölkədə aparılan islahatlar zamanı bir neçə qurumun səlahiyyətlərinin tədricən azaldıldığını, əlindən alınaraq digər qurumlara verildiyini, daha sonra isə tamamilə ləğv edildiyini əsas götürsək, yuxarıda adıçəkilən komitələrin də eyni taleyi yaşayacığını proqnozlaşdırmaq olar.
Məsələn, Torpaq və Xəritəçəkmə Komitəsi, Nəqliyyat Nazirliyi, Azərenerji ASC ayrı-ayrı dövlət qurumlarına birləşdirilib. Azərenerji ASC prezidenti Etibar Pirverdiyev istisna olmaqla (onun da gedişi gözlənir – red.) Ziya Məmmədov və Qərib Məmmədov vəzifələri ilə vidalaşıblar.
Bu baxımdan Əmlak Məsələləri Dövlət Komitəsinin və Standartlaşdırma, Meterologiya və Patent Komitəsinin tabeliyində olan adıçəkilən müəssisələrin ləğvi bu komitələrin də mərhələli şəkildə ləğvinə gediləcəyinə əsas yaradır.
Yeri gəlmişkən, millət vəkilləri də çıxışlarında dəfələrlə hər iki komitənin ləğvinə zərurət olduğunu dilə gətiriblər. Hətta ƏMDK-nin ləğv edilərək bütün səlahiyyətlərinin ASAN Xidmətə verilməsi, SMPK-nin isə İqtisadiyyat Nazirliyinə birləşdirilərək, onun tərkibində fəaliyyət göstərilməsi təklif olunub.
Görünür sözü gedən komitələrin tabeliyindəki qurumların bəzilərinin ləğv edilməsi bu prosesin başlanğıcıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin və Standartlaşdırma, Meterologiya və Patent Komitəsinin çox yaxın zamanlarda sıradan çıxarılması gözlənilməsə də, hər halda görünən odur ki, bu qurumlara rəhbərlik edən Kərəm Həsənovla Ramiz Həsənovun ətrafında halqa daraldılır.

bakipost.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: kreslodaki, , halqa, ki, Ramiz, gunleri, memurun, ve, Hesenov, etrafinda, son, Hesenovun, Kerem, oliqarx, daralir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ