yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Prezident Cocuqmərcanlıda mühüm bəyanatlar verdi

Prezident Cocuqmərcanlıda mühüm bəyanatlar verdi
15-06-2017, 09:24 112 386 dəfə baxılıb

İlham Əliyev işğaldan azad edilən kəndə baş çəkdi; dövlət başçısı xəbərdarlıq etd
İyunun 14-də prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndinə baş çəkib, orada görülən işlərlə tanış olub, sakinlərlə görüşüb. İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri yeni salınan kənd yolunun açılışı ilə başlayıb. Dövlət başçısına məlumat verilib ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir.
Sonra prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində olub. O.Həziyev kənd azad edilməzdən əvvəl orada 23 il tək yaşayan ailənin başçısıdır. Ona dövlət başçısı “Əmək” ordeni verib.
“Bu gün ölkəmizin həyatında əlamətdar və tarixi gündür”. Bunu İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə söhbətində deyib: “Cocuq Mərcanlı kəndinin bərpası münasibəti ilə siz sakinləri, bütün Azərbaycan xalqını təbrik edirəm. Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Siz, bu kənddə yaşayan insanlar kəndin tarixini yaxşı bilirsiniz. İndi isə bütün Azərbaycan Cocuq Mərcanlının tarixini bilir. Bütün dünya Cocuq Mərcanlını tanıyır. Kəndin Azərbaycan tarixində xüsusi yeri var. Siz bilirsiniz ki, Cocuq Mərcanlı bir neçə ay Ermənilərin işğalı altında qalıb, həmin müddətdə kəndi dağıdıblar. Bütün binaları sökmüşdülər, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı, Horadiz qəsəbəsi işğaldan azad olundu. Cocuq Mərcanlıda yaşamaq riskli və təhlükəli idi. Buna baxmayaraq, siz sakinlər də burda yaşayırsınız. Ötən il aprel döyüşlərində erməni təxribatının qarşısını alanda Azərbaycan Ordusu uğurlu əks-tədbir əməliyyatı keçirdi. Minlərlə hektar Azərbaycan torpağı işğaldan azad edildi. Lələtəpənin azad edilməsi ilə Cocuq Mərcanlıda təhlükəsiz yaşayış təmin olundu...
Bu gün Milli Qurtuluş Günü ərəfəsidir. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində ölkədə sabitlik bərqərar olub, inkişafa start verilib. Bugünkü Azərbaycan dünya miqyasında seçilən bir ölkədir. Təəssüf edirəm, hamımız təəssüf edirik ki, müstəqilliyimizin ilk günlərindən Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olmayıb. Əgər rəhbərlikdə olsaydı, bir qarış torpaq da işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş insanlar zəiflik, qorxaqlıq göstərdilər. AXC-Müsavat cütlüyünə gəlincə, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Əgər Heydər Əliyev müstəqilliyimizin ilk illərində hakimiyyətdə olsaydı, özümüzü bəlalardan qoruya bilərdik".
Prezident qeyd edib ki, Azərbaycan güclü iqtisadiyyata malikdir, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir: “Bu gün Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu göstərdi. Biz, Azərbaycan cəmiyyəti bunu bilirdi. Aprel döyüşləri dünyaya bunu əyani göstərdi. Bu gün Azərbaycan ordusu torpaqlarını düşməndən azad etməyə qadirdir. Gün gələcək, bayrağımız Şuşada da dalğalanacaq".
Prezident həmçinin Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məsciddə yaradılan şəraitlə tanış olub.
Daha sonra dövlətimizin başçısı yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış olub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov prezident İlham Əliyevə məlumat veriblər ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.
Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır.
Hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib: “Bu gün tarixi gün, Cocuq Mərcanlı kəndinin bərpası günüdür. Cocuq Mərcanlı Azərbaycan ordusunun uğurlu əks-hücumu nəticəsində azad olunub. Bu gün Azərbaycan ordusunu dünya miqyasında güclü ordulardan biridir. Azərbaycanda ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir. Son illər bu istiqamətdə böyük uğurlar əldə edilib.
Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Lazım olan ən müasir silah-sursat, texnika alınır. Eyni zamanda ölkəmizdə bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir. Bunun nəticəsidir ki, keçən ilin aprelində erməni təxribatına Azərbaycan ordusu layiqli cavab verib. Üç rayon ərazisinin bir hissəsi işğalçılardan azad edildi. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əməliyyat nəticəsində bu kəndə yeni həyat qayıdır, köçkünlər kəndə dönür. Onlar 20 ildən çoxdur ki, Vətənə, doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, yüzlərlə gənc Cocuq Mərcanlını görməyib. Ancaq bura qayıtmaq arzusu ilə yaşayıb. Həmin gün gəldi. Bu gün Cocuq Mərcanlı bərpa olunur, Şuşa məscidinin oxşarı tikilib, yeni mərhələdə əlavə 100 ev tikiləcək. Cocuq Mərcanlı kəndinin sakinləri torpaqlarına qayıdacaq. Siz isə gənc zabit kimi torpaqlarımızın keşiyində dayanacaqsınız".
Sonra prezident İlham Əliyev kəndin ərazisini gəzib.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə 6 milyard manatdan çox vəsait sərf olunub. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Cocuqmercanlida, beyanatlar, Prezident, muhum, verdi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ