SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » AKİF ÇOVDAROV MİKAYIL İSMAYILOVU «TASA» QOYUBMUŞ – SENSASİON FAKTLAR

AKİF ÇOVDAROV MİKAYIL İSMAYILOVU «TASA» QOYUBMUŞ – SENSASİON FAKTLAR

Tarix:

5-06-2017, 10:51

/ 231 642 dəfə oxundu.
AKİF ÇOVDAROV MİKAYIL İSMAYILOVU «TASA» QOYUBMUŞ – SENSASİON FAKTLAR

Neft Şirkətinin vitse-prezidenti generalın qəzəbinə tuş gəlməməkdən ötrü ona mütəmadi olaraq hədiyyələr göndərib MTN-in sabiq idarə rəisinin Badamdardakı villalarının məhz İsmayılov tərəfindən tikildiyi iddia edilir Mikayıl İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ən nüfuzlu, eləcə də ölkəmizin ən varlı şəxslərindən biri hesab edilir.
Şirkətin vitse-prezidentinin nəzarətində olan zavodların, avtomobil satışı mərkəzlərinin, tibb müəssisələrinin və digər obyektlərin ümumi dəyəri milyardlara bərabərdir. Sözsüz ki, hörmətli Mikayıl müəllim bu varidatı halal yolla, alın təri ilə qazandığı pulların hesabına əldə etməyib. Onun bu cür varlı olmasının əsas səbəbi SOCAR-da həyata keçirdiyi qaranlıq maliyyə əməliyyatlarıdır. Bunu çoxları bilir.
Məsələn, minlərlə işçisi olan Neft Şirkətinin avtomobil parkı tamamilə vitse-prezidentin nəzarətindədir. Təsadüfi deyil ki, şirkətin rəhbər şəxslərinin xidmətində olan «Chevrolet» və «Cadillac» markalı avtomobillərin Azərbaycandakı satış mərkəzləri İsmayılovundur. Gundelik-baku.com-a daxil olan məlumatlara əsasən, Mikayıl İsmayılovun Babək prospektindəki «Cadillac» Bakı Mərkəzi artıq bir neçə gündür ki, boşaldılıb. Hələlik bunun səbəbi barədə heç bir açıqlama verilməyib. Görünür, vitse-prezident ya mərkəzə yeni markalı avtomobillər gətirmək niyyətindədir, ya da artıq onun biznes imperiyasına qarşı hücumlara start verilib.
Əldə etdiyimiz başqa bir informasiyada isə Neft Şirkətinin «boz kardinalı»nın MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla əlaqələrindən bəhs edilir.
Özəl mənbələrin bildirdiyinə görə, Akif Çovdarovun qəzəbinə tuş gəlmək istəməyən Neft Şirkətinin vitse-prezidenti ona mütəmadi olaraq hədiyyələr göndərib. Məsələn, hazırda Akif Çovdarovun Badamdarda yerləşən villasının qarajındakı dəyəri yarım milyona yaxın olan «Ferrari» markalı avtomobilin Mikayıl İsmayılov tərəfindən hədiyyə olunduğu bildirilir.
Digər tərəfdən, vitse-prezident generalın xaricdən gələn qonaqlarının Bakıda hotel və digər xərclərini də qarşılayıb. Ən dəhşətlisi isə budur ki, MTN generalının Badamdardakı yan-yana villalarını da İsmayılov tikdirib. Generalın on milyonluq xərclərini qarşılamaqdan usanan vitse-prezident onun həbsi zamanı ən çox sevinənlərdən biri olub.
İddialara əsasən, Mikayıl İsmayılov general üçün Ağsu rayonunda böyük imarət tikdirirmiş. Məlum hadisələrin ortaya çıxmasından sonra tikinti işləri yarımçıq qalıb.
Hələ bu da hamısı deyil. Növbəti yazımız Mikayıl İsmayılov-Akif Çovdarov cütlüyünün ARDNŞ-də əz uzatdığı şəxslər və xaricə çıxarılan valyuta axını.

PATRIOT.AZ

Şərhlər

XƏBƏR LENTİ