yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kəmaləddin Heydərovun ən böyük şirkəti əlindən alındı

Kəmaləddin Heydərovun ən böyük şirkəti əlindən alındı
30-05-2017, 11:50 56 871 dəfə baxılıb
yüklənir...

Ölkənin ən böyük şirkətlərindən biri olan “Gilan Holding”lə bağlı təzadlı məlumatlar yayılır.
Son olaraq daxil olan məlumata görə, bir neçə gün əvvəl “Gilan Holding”in sahibi dəyişib.
Mənbə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus bu nəhəng biznes strukturunun kimin nəzarətinə keçməsi ilə bağlı məlumat versə də, rəsmi açıqlama verilmədiyinə görə, biz də detallı yazmırıq.
Məlumatı dəqiqləşdirmək üçün şirkətin saytında yerləşdirilən əlaqə nömrəsinə etdiyimiz zəngdən də bir nəticə hasil olmadı.
Telefon zəngimizə cavab verən xanım əməkdaş bizi nə mətbuat xidməti, nə də başqa bir məsul şəxslə calaşdıra bilməyəcəyini dedi: “Belə bir səlahiyyətim yoxdur”.
Məlumatı diqqətçəkən edən daha bir vacib məqam ondan ibarətdir ki, anoloji xəbərlər hələ vəzifədə olarkən keçmiş nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafına məxsus şirkətlər barəsində də yayılmışdı. Çox keçməmiş nəqliyyat naziri nəinki “istirahətə” göndərildi, rəhbərlik etdiyi nazirlik belə ləğv olundu.
Qeyd edək ki, sabiq və indiki nazirlər arasında ən böyük biznes imperiyasının da Kəmaləddin Heydərova və ailəsinə məxsus olduğu deyilir. Mətbuatda dərc olunan və indiyə qədər təkzib olunmayan məlumatlara əsaslansaq, “fövqəlnazir”in 300-ə yaxın şirkətə nəzarət etdiyini söyləmək olar.
“Gİlan Holding” özü də ayrılıqda onlarla şirkəti özündə birləşdirən – tikinti, turizm, sənaye sahələri başda olmaqla müxtəlif biznes növləri ilə məşğul olan nəhəng biznes strukturudur.

“Qaynarinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Kemaleddin, elinden, boyuk, en, alindi, Heyderovun, shirketi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ