yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır

Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır
20-05-2017, 10:37 116 068 dəfə baxılıb

Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Avropa Şurasının Nazirlər komitəsinin Kiprdə keçirilən sessiyasında çıxışı zamanı Rusiyanı tənqid edib və Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətdən narahatlıq ifadə edib
Mixael Rot Rusiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.
Diplomat habelə Rusiyanınilhaq etdiyi Krımda beynəlxalq hüquq normalarının pozulduğu, Donbassın separatçıların nəzarətində olan bölgələrində insan haqları və beynəlxalq hüquq normalarına əməl olunması ilə bağlı vəziyyətin ciddi narahatlıq doğurmaqda davam etdiyini deyib.
“Avropa Şurasının insan haqları üzrə müvəkkilinin və digər monitorinq institutlarının bu regionlara qeyri-məhdud çıxış imkanlarını təmin etməyin vaxtı çatıb”-alman diplomat bildirib.
Mixael Rot bildirib ki, bu çağırış Gürcüstana məxsus Abxaziya və Cənubi osetiyaya, Dnestryanı bölgəyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və yeddi ətraf rayonuna da aiddir. Diplomat Avropa Şurasının bu regionlardakı vəziyyəti monitorinq etməsinə imkan yaradılmasına çağırıb və Baş katib Turborn Yaqlandı öz səylərini bu istiqamətdə qətiyyətlə davam etdirməyə səsləyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: narahatdir, veziyyetden, etraf, 7, ve, rayondaki, Qarabag, Almaniya, Dagliq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ