yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir

Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir
17-05-2017, 09:28 62 243 dəfə baxılıb
yüklənir...

Məmmədovlar klanı “son qala”nı təhvil vermək üzrə; 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan Məmmədovların sayəsində nazir postuna yiyələnmişdi; Kənd Təsərrüfatı Nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi müzakirə olunur.
Bu ilin fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov ətrafında proseslər son günlər yenidən fəallaşıb. Keçmiş nəqliyyat nazirinin özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətində olduğu xəbərlərini nə nazir, nə də onun yaxın ətrafı təkzib etməyib.
Bir neçə gün əvvəl isə Bakı Beynəlxalq Avtovağzalı Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Bu, bir daha təsdiqləyir ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri sürətlə itirmək təhlükəsi ilə üzləşiblər.
Z.Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı işlərini buraxaraq birdəfəlik Londona yerləşdiyi və ölkəyə qayıtmaq niyyətinin olmadığı deyilir. Doğrudur, belə xəbərlər də tirajlanıb ki, tezliklə “Garant-Holdinq”in başına Z.Məmmədov özü keçəcək və şirkətlər qrupu əvvəlki nüfuzunu bərpa edəcək. Amma bu xəbərlər gerçəklikdən daha çox “hələ təslim olmamışıq” mesajına bənzəyir. Çünki gələn xəbərlər onu deməyə əsas verir ki, tezliklə nazirin qudası - kənd təsərrüfatı naziri Heydər Əsədov da hakimiyyətdəki postu ilə vidalaşmalı olacaq.
Məlumdur ki, 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan qudası Z.Məmmədovun sayəsində nazir postuna yiyələnmişdi. Bu təyinat Məmmədovların gücünə əlavə güc də qatmışdı. Amma prezident İlham Əliyevin prioritet sahə hesab etdiyi kənd təsərrüfatını H.Əsədov dirçəldə bilmədi. Onun rəhbərliyi dövründə də torpaqlardan istifadədə hökumət istədiyi nəticəni görə bilmədi, nazirliyə isə rüşvət ittihamları daha da artdı. Təsadüfi deyil ki, ötən ay pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində H.Əsədova söz belə verilmədi. Bu isə diqqətdən qaçmadı və “H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq” iddialarını artırdı.
Bildirilir ki, struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğvi nəzərdə tutulur. Bildirilir ki, ləğv ediləcək nazirliklərin və ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilərək bunun bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var: aqrar sektorun prioritet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, yaxın vaxtlarda elan ediləcək. Bu qurumların birləşdirilməsi ilə yanaşı orda işləyənlərin də sayının 50-60 faiz ixtisarı gözlənilir.
Başqa bir mənbə isə deyib ki, H.Əsədovun rəhbərlik etdiyi nazirliyin İqtisadiyyat Nazirliyinə birləşdirilə biləcəyi daha realdır. Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və onun səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi xeyli müddətdir hakimiyyət çevrələrində müzakirə edilir. Əsas arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir. İddia olunur ki, hazırda iqtisadiyyatın əsas ağırlığı iqtisadiyyat naziri Şahin Mustafayevin üzərinə qoyulub və bu səbəbdən də nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi daha uyğun variant ola bilər. İqtidarın da qeyri-neft sektorunun inkişafında Şahin Mustafayevə daha çox etimad göstərdiyi söylənilir.
H.Əsədov Məmmədovların iqtidardakı “son qalası” hesab olunurdu və gələn xəbərlər belə deməyə əsas verir ki, artıq onu da itirməklə üz-üzədirlər. Maraqlıdır ki, bu arada nazirin Londonda oxuyan oğlunun Britaniya paytaxtının küçələrində “Porsche” maşını ilə “at oynatdığı” xəbərləri də yayılıb.

"YM"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: nazir, Ziya, gedir, qudasi, Memmedovun, kursusunden, da
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ