yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdə olmuşdur

Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdə olmuşdur
15-05-2017, 18:42 76 086 dəfə baxılıb
yüklənir...

Azərbaycan Respublikası və Bolqarıstan Baş Prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iki ölkənin prokurorluq orqanları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və işçi mübadiləsinin aparılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 10-dan 12-dək Bolqarıstan Respublikasında işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarov ilə görüşmüşlər. Nümayəndə heyətini salamlayan Baş prokuror ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə qurumları arasında uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini bildirmişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı institusional və qanunverici tədbirlər, o cümlədən “ASAN” xidmət və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Daha sonra nümayəndə heyəti Bolqarıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin rəhbəri Dimitar Georgiyev ilə görüşmüşlər. Xidmətin fəaliyyəti barədə məlumat verən D.Georgiyev xidmət əməkdaşlarının korrupsiyaya qarşı mübarizə üzrə yaradılmış xüsusi işçi qrupunun işində əməliyyat-axtarış səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə iştirak etdiklərini bildirmişdir.
Azərbaycan nümayəndə heyəti 2011-ci ildən dövlət başçısının korrupsiyaya qarşı mübarizədə siyasi iradəsinin təcəssümü kimi ixtisaslaşmış anti-korrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış səlahiyyətlərinin verildiyini, bu qabaqcıl təcrübənin mötəbər beynəlxalq təşkilatlar tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul edildiyini qeyd etmişdir.
Səfər çərçivəsində Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin əməkdaşlarının cəlb edildiyi “Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi işçi qrup”unda, Bolqarıstanın ağır cinayətlər, terrorçuluğa qarşı mübarizə üzrə ixtisaslaşmış prokurorluğunda, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması üzrə komissiyasında görüşlər keçirilməklə cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə fikir mübadiləsi aparılmışdır.
Səfərin sonunda nümayəndə heyəti Bolqarıstanın Veliko Tırnovo şəhərinə gedərək Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunu ziyarət etmişdir.
Keçirilən görüşlərdə ölkəmizin Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak etmişdir.Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdə olmuşdur
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdə olmuşdur


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Bolqaristanda, heyeti, Prokurorlugunun, olmushdur, seferde, numayende, Azerbaycan, ishguzar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ