SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » DTX xəbərdarlıq etdi: "Bu məlumatların yayılması cinayət məsuliyyəti yaradır”

DTX xəbərdarlıq etdi: "Bu məlumatların yayılması cinayət məsuliyyəti yaradır”

Tarix:

15-05-2017, 17:21

/ 79 931 dəfə oxundu.
DTX xəbərdarlıq etdi: "Bu məlumatların yayılması cinayət məsuliyyəti yaradır”

Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb.

Fakt üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırma başlanılaraq, həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.

Şərhlər

XƏBƏR LENTİ