yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Moderator.az” informasiya agentliyinin redaktoruna xəbərdarlıq edilmişdir

“Moderator.az” informasiya agentliyinin redaktoruna xəbərdarlıq edilmişdir
11-05-2017, 17:51 54 416 dəfə baxılıb
yüklənir...

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Moderator.az” informasiya agentliyinin internet saytında 10 may 2017-ci il tarixdə “Ermənilərə işləyən qrup Mossadın köməkliyi ilə de-şifrə olunub” başlıqlı məqalədə ermənilərə işləyən qrupun guya “Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə məlumatlar dərc edilmişdir.
Sensasiya naminə yayılmış həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dərhal təkzib edilərək düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin Müdafiə Nazirliyinin aidiyyəti qurumları tərəfindən aşkar edilərək ifşa olunması, eləcə də toplanmış materialların müvafiq qaydada tədbir görülməsi üçün Baş Prokurorluğa təqdim olunması barədə ictimaiyyətə açıqlama verilmişdir.
Bundan başqa, 7 may 2017-ci il tarixdə Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribatın planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin hərbi sirr təşkil edən məlumatları düşmən tərəfinə ötürmələri faktlarına görə onların cinayət məsuliyyətinə cəlb olunmaları barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimaiyyətə geniş açıqlama verildiyi halda, ermənilərə işləyən qrupun guya “Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə məlumatların yayılması ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər cür cinayətkar qəsdlərdən qorunub saxlanılması sahəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla, ictimai rəyi çaşdırmaq məqsədi güdür.
Göstərilənlərlə yanaşı, ötən dövrlər ərzində kütləvi informasiya vasitələrinə dəfələrlə məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, “Moderator.az” informasiya agentliyi bundan heç bir nəticə çıxarmamışdır.
Qeyd edilənlərlə əlaqədar agentliyin redaktoru Seymur Əliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edilmishdir, redaktoruna, Moderatoraz, agentliyinin, informasiya, xeberdarliq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ