SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 3 rayonun icra başçısı yola salınır- ADLAR

3 rayonun icra başçısı yola salınır- ADLAR

Tarix:

11-05-2017, 12:10

/ 37 456 dəfə oxundu.
3 rayonun icra başçısı yola salınır- ADLAR

Bakının 3 rayonunun icra başçısının əmri hazırdır. Bu barədə məlumatlı mənbə xəbər verib. Qaynağın iddialarına görə, artıq 3 rayon icra hakimiyyəti başçısının əmrləri hazırdır və onlarla bağlı qərar yaxın vaxtlarda elan olunacaq.

Artıq onlardan ikisi barədə dünən və bir neçə gün əvvəl informasiya vermişik. Həmin şəxslər Nəsimi RİH başçısı Asif Əsgərov və Qaradağ rayonunun rəhbəri Süleyman Mikayılovdur.

Bu məlumatlarımızı təsdiqləyən mənbə iddia edir ki, eyni zamanda Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev də yaxın günlərdə tutuduğu vəzifədən azad ediləcək.

Mənbənin söylədikləri: "Onların heç biri ilə bağlı yeni təyinat qərarının verilməyəcəyi gözlənilsə də, yalnız Abdin Fərzəliyevin Yasamala gəlişi ehtimal olunur".

Əlavə bilgilərimiz olacaq.

dia.az

Şərhlər

XƏBƏR LENTİ