SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nərimanovda güləkmə kampaniyası keçirildi

Nərimanovda güləkmə kampaniyası keçirildi

Tarix:

10-05-2017, 14:12

/ 53 629 dəfə oxundu.
Nərimanovda güləkmə kampaniyası keçirildi

Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən parkda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayonda təşkil olunan tədbirlər çərçivəsində dekorativ güllər əkilib.

Nərimanov rayon İH-dən xalqxeber.az-a daxil olan xəbərə görə, rayonun rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqlarının böyük coşqu ilə qatıldığı tədbirdə Nərimanov rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən mövcud yaşıllığa qulluq edilib, ətraf ərazi təmizlənərək minlərlə mövsümi dekorativ güllər əkilib.

Qeyd edək ki, rayonun bütün idarə və müəssisələrində bu cür aksiyaların keçirilməsi təşkil olunub.

Eyni zamanda rayonun küçə və prospektlərində abadlıq-bərpa işləri aparılaraq müxtəlif növ ağac və kollar əkilib.
Nərimanovda güləkmə kampaniyası keçirildi
Nərimanovda güləkmə kampaniyası keçirildi
Nərimanovda güləkmə kampaniyası keçirildi
Nərimanovda güləkmə kampaniyası keçirildi

Şərhlər

XƏBƏR LENTİ