yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gül bayramı bu gün fərqli formada qeyd edilir

Gül bayramı bu gün fərqli formada qeyd edilir
10-05-2017, 12:08 36 765 dəfə baxılıb
yüklənir...

Görkəmli dövlət xadimi, mərhum Heydər Əliyevin doğum günü ilə bağlı hər ilin 10 mayda keçirilən Gül bayramı yeni formatda qeyd olunur
Bu gün Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunub.
Meriyadan sorğumuza verilən cavabda bildirilib ki, hər il mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər İcra Hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib.
Bu gün geniş ictimaiyyətin və icra hakimiyyəti strukturlarının iştirak etdiyi Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparır. Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçirilir. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malikdirlər.
Xatırladaq ki, 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirlmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.
Qeyd edək ki, Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsüdür.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edilir, gun, Gul, formada, ferqli, qeyd, bu, bayrami
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ