SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kərəm Həsənovun Fərhad Əliyevlə barışmasının pərdəarxası

Kərəm Həsənovun Fərhad Əliyevlə barışmasının pərdəarxası

Tarix:

10-05-2017, 09:38

/ 39 682 dəfə oxundu.
Kərəm Həsənovun Fərhad Əliyevlə barışmasının pərdəarxası

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin barışmasının real səbəbləri üzə çıxıb
Komitə sədri sabiq nazir həbs edilərkən istintaqa onun əleyhinə verdiyi ifadəyə görə peşmanlıq keçirib və vaxtilə onun karyerasının yüksəlişinə səbəb olan F.Əliyevə dost əlini uzadıb.
Komitə sədrinin onunla barışmaq istəməsinin səbəbi kimi sabiq nazirin Bakıya gəlməsi və hakimiyyətlə münasibətlərini bərpa etmək istəməsidir.
F.Əliyevin prezidentin 2013-cü ilin payızında - Qurban bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan az sonra xaricə köçdüyü, Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi.
Ötən ilin sonlarında isə onun öz biznesini qardaş Türkiyəyə köçürdüyü və burada uzun illər əvvəldən münasibətləri olduğu, Türkiyənin hazırkı iqtidarının əsas fiquru olan Ərdoğanın himayəsinə sığındığı barədə məlumatlar yayıldı.
Hazırda Fərhad Əliyevin Bakıda olduğu və tikilməkdə olan yeni zavodla bağlı işlərin gedişatına nəzarət etdiyi bildirilir.
Söhbət Sumqayıt Kimya Sənaye Parkının ərazisində, 2,5 ha torpaq sahəsində tikilən "Alco Lubricant Company" şirkətindən gedir.
Almaniya texnologiyası əsasında qurulan yeni zavodun ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur. Rəsmi məlumatlara görə, zavodun investisiya dəyəri 10 milyon manatdır.
Komitə sədri sabiq nazirin Bakıda olduğunu eşidər-eşitməz əlaqələrini işə saldığı deyilir.
Media yszır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu günə qədər vəzifədə qalmasını mənəvi cəhətdən həmyerlisinə borcludur. İqtidar rəhbərliyi məhz komitə sədrinin illər əvvəl göstərdiyi xidmətə görə mükafatlandırıb və vəzifədə saxlayıb.
Hakimiyyət bu yaxşılıqları əsla unutmur, di gəl ki, haçansa K.Həsənovun hökumətə arxa çevirəcəyinə də güman edir. Əslində, həmyerlisinə xəyanət etmiş bir şəxsə hakimiyyət daxilində müsbət münasibət yoxdur.
K.Həsənov bu gün də həmyerlisi, həbs həyatı yaşamış keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə etdiklərinə görə daxilən əzab çəkir.
K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır.
Komitə rəhbəri ümid edir ki, vəzifəsindən gedəcəyi halda sabiqlərin Cəlilabad qruplaşması yaratmaq olar.
Mətbuat yazır ki, K.Həsənovun var-dövləti də az deyil. O, bilir ki, gec-tez özününküləşdirdiyi var-dövlət başına bəla olacaq.

Şərhlər

XƏBƏR LENTİ