yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ramil Usubov əmr imzaladı

Ramil Usubov əmr imzaladı
9-05-2017, 13:21 56 951 dəfə baxılıb

Ramil Usubov 9 may “Qələbə günü” münasibətilə bir neçə nəfər veretan polis işçisinin yubiley medalı ilə tətlif olunması barədə əmr imzalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə 1941-1945-ci illər müharibəsinin iştirakçıları - istefada olan polis polkovnikləri İsmayıl Qasımovun və Yunis Məmmədovun, istefada olan polis polkovnik-leytenantı Mehdi Mehdiyevin, istefada olan polis mayoru Əli Hacıyevin “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmaları barədə müvafiq əmr imzalanıb. Mayın 9-da DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev 92 yaşlı İsmayıl Qasımovun evində olub, nazirliyin rəhbərliyinin səmimi salamlarını və xoş arzularını ona çatdırıb, təltif olunduğu yubiley medalını veterana təqdim edib. Görüşdə faşizm üzərində tarixi qələbənin qazanılmasında həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından bəhs olunub, məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra 9 mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyi, Prezident İlham Əliyev tərəfindən cəmiyyətin ən dəyərli üzvləri kimi onlara hər cür diqqət və qayğı göstərildiyi vurğulanıb. Ramil Usubov əmr imzaladı Ramil Usubov əmr imzaladı


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: emr, Usubov, Ramil, imzaladi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ