SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazim İbrahimov erası bitir: Diaspora Komitəsi yerinə agentlik yaranır?

Nazim İbrahimov erası bitir: Diaspora Komitəsi yerinə agentlik yaranır?

Tarix:

21-01-2017, 00:08

/ 2 539 dəfə oxundu.
Nazim İbrahimov erası bitir: Diaspora Komitəsi yerinə agentlik yaranır?

Diasporla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulur. Komitənin bəzi funksiyalarının alınması, bəzilərinin ləğvi, ştat yerlərinin azaldılması, mərhələli şəkildə qurumun demontaj olunması hədəflənib.
Bununla da məqsəd komitənin Xarici İşlər Nazirliyinə birləşdirilməsini təmin etməkdir. Qarşıdakı dövrdə isə struktur islahatları ilə istəyə nail olunacaq.

Bu barədə əldə etdiyimiz xəbərdə bildirilir.

Deyilir ki, Nazim İbrahimovun rəhbərlik ediyi komitənin XİN-ə birləşdirilməsi təklifi zaman-zaman səslənib. Ekspertlər və iqtisadçıların fikrincə, ayrıca bir komitənin fəaliyyəti izafi xərclər yaradır.

Nəticə etibarı ilə dövlət büdcəsindən külli miqdarda ayrı səmtə milyonlar xərclənir. Bu məsrəf isə XİN tabeliyində daha qənaətlə istifadə edilə bilər.

Əldə etdiyimiz xəbərə görə, komitənin gənclərlə iş şöbəsi, Təbliğat, informasiya və analitik təhlil şöbəsi, Hüquq təminatı, ümumi və kadrlar şöbəsində dəyişikliklər gözlənilir. Komitə qarşısında duran öhdəlik şöbələrin birləşdirilməsi, qənaətə keçid olunmasıdır.

Bu barədə əldə etdiyimiz xəbərdə bildirilir ki, Nazim İbrahimov erası bitir.

İddialara görə, yaxın gələcəkdə Diasporla İş üzrə Dövlət Komitəsi ləğv olunacaq və onun yerinə Xarici İşlər Nazirliyi tərkibində Diasporla İş üzrə Agentlik yaradılacaq.

Əgər bu dəyişiklik baş tutarsa, o zaman komitə rəhbəri Nazim Ibrahimov xarici işlər naziri Elmar Məmmədyarova tabe olacaq.

Dünyada Azərbaycanda mövcud olan Diasporla Iş üzrə Dövlət Komitəsi kimi ikinci bir qurum yoxdur. Dünya praktikasında bir qayda olaraq bu cür fəaliyyətin XİN vasitəsilə tənzimlənir.

XİN səfirliklər vasitəsilə nəzarətində olan ictimai qurumlar arasında əlaqə yaradır, onların vahid siyasət üzrə hərəkət etməsini təmin edir. Ona görə Diasporla İş üzrə Dövlət Komitəsinə heç bir ehtiyac yoxdur. Onun işini tam formada Xarici İşlər Nazirliyi görə bilər.

Gürcüstanda Diaspor İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib, onun funksiyası isə Xarici İşlər Nazirliyinə həvalə edilib. 2008-ci ildə yaradılan diaspor komitəsi xaricdə diaspor yarada bilməyib və bu siyasət iflas edib.

Şərhlər

XƏBƏR LENTİ