SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bakı Forumuna Ermənistan da dəvət edildi

Bakı Forumuna Ermənistan da dəvət edildi

Tarix:

5-05-2017, 08:37

/ 143 402 dəfə oxundu.
Bakı Forumuna Ermənistan da dəvət edildi

“Beynəlxalq təşkilatlar vasitəsilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna Ermənistanı da dəvət etmişdik. Əfsuslar olsun ki, müqabil tərəf dialoqa hazır olmadığını nümayiş etdirdi”
Məlumata görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 4-dən 6-dək Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişafı üçün yeni imkanlar” mövzusunda təşkil olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan tərəfi müxtəlif format və üsullardan istifadə edərək yaxınlaşmanın marağındadır: “Dünyadakı problemlərin həllində mədəniyyətlərarası dialoqun təsiri çox vacib və önəmli rol oynaya bilər. Biz arzulayarıq ki, dünyadakı mövcud konfliklər sülh qarşılıqlı hörmət və anlaşma ilə həll edilsin. Hansısa dövlət BMT-nin qəbul etdiyi qətnamələrə riayət etmirsə, onların impelmentasiyasından qaçır, müəyyən dialoqa hazır olmamağından xıbır verir. Düşünürəm ki, panel müzakirələrində bu vasitənin gücü və imkanı haqda çox ciddi məsələlər müzakirə ediləcək”.

Şərhlər

XƏBƏR LENTİ