yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ölkədə ciddi dəyişikliklər prosesi başlayır - TƏFSİLAT

Ölkədə ciddi dəyişikliklər prosesi başlayır - TƏFSİLAT
4-05-2017, 10:39 121 876 dəfə baxılıb
yüklənir...

Ölkənin neft gəlirlərinin kəskin azalması, dünya iqtisadiyyatında hələ də davam edən böhran Azərbaycan hökumətini dövlət büdcəsində izafi xərcləri azaltmağa və ixtisarlara məcbur edir. Manatın dəyərdən düşməsi, zəruri ərzaq məhsullarının qiymətinin kəskin artması, tikinti bumunun dayanması ilə işsizliyin səviyyəsindəki artım hələ iki il əvvəldən başlaması planlaşdırılan struktur islahatlarını ertələdi. Yaranmış situasiya o cümlədən hakimiyyət komandasında da ciddi yenilənməni təxirə salmağı zəruri etdi.

Çünki prezident İlham Əliyev hələ ötən il çıxışlarının birində demişdi ki, idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək. Aydın idi ki, söhbət hakimiyyət sistemində islahatları sürətləndirməkdən, əhalinin narazı olduğu bürokratik sahələrdə əsaslı struktur dəyişikliklərindən, idarəetmə sisteminin yenilənməsindən və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqindən gedirdi.

Prezidentin birbaşa nəzarəti altında aparılan geniş islahatlar proqramı artıq işləməyə başlayıb, dünya bazarında neftin qiymətinin sabitləşməsi manatın kursunda da stabillik yaradıb, yeni iş yerləri yaradılmaqla mümkün sosial gərginliyin də qarşısı alıb. Üstəlik, yeni sosial mənzillərin tikintisinə start verilməsi ilə əhalinin məşğulluq səviyyəsində yeni artım gözlənilir. Ekspertlərin qənaətinə görə, iqtidarın artıq qismən “rahat nəfəs” alması ilə çoxdan gözlənilən struktur islahatları, eləcə də hakimi komandada yenilənmələr başlamalıdır.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin icra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinin son sayında bu barədə məqaləsi dərc edilib. Baş nazir müavini məqaləsində bürokratik aparatın əsassız olaraq şişdiyini, bunun isə büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyətə mənfi təsir etdiyini qeyd edib. Ə.Əhmədov əlavə edib ki, Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var.

Baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək qeyd edib ki, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb: “Eyni zamanda bu sahədə çalışanların sayında artım hiss olunmaqdadır. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub”. İqtidar yetkilisi Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür ki, həmin göstərici ABŞ, Almaniya və Yaponiya kimi ölkələrdə 100-110 nəfər arasındadır. Azərbaycanda “büdcəni yeyən” aparatın inkişaf etmiş ölkələrlə müqayisədə təxminən 2,5 dəfə olduğu məlum olur.

Ə.Əhmədov bu səbəbdən də dövlət aparatında əhəmiyyətli dəyişikliklərin vacib olduğunu qeyd edir. “Zəruri, optimal həddə ixtisarların aparılması ilə yanaşı yeni idarəetmə, o cümlədən inzibati-ərazi idarəetmə formalarının tətbiq edilməsi günün aktual probleminə çevrilib. Dövlət idarəçiliyi aparatı nəinki sayca optimal olmalı, habelə çevikliyi, qərarların qəbulu müddətinin minimuma endirilməsi kimi keyfiyyətləri ilə seçilməlidir” deyə, baş nazir müavini sovet termini ilə ifadə etsək, “Qosaparatda” ciddi dəyişikliklərin başlayacağını anons edib.

Məqalədən həm də o da məlum olur ki, idarəetmə sistemindəki ciddi bürokratik əngəllərin olduğundan iqtidar da narahatdır.

“Bu, idarəetmə fəaliyyətinin faydalılıq əmsalını ciddi şəkildə aşağı salır” deyə, Ə.Əhmədov hökumətin əndişəsini açıq şəkildə bildirib.

İqtidarda gözlənilən kadr dəyişikliklərinə gəlincə, bu baş nazir müavinin səlahiyyətlərində olmasa da, Ə.Əhmədov “hakimiyyət mətbəxinə” bələd məmur kimi bunların da siqnalını verib. O, “aşkarlığın, şəffaflığın təmin edilməsi, idarəetmə sisteminin bütün pillələrinin müxtəlif növdən olan neqativlərdən təmizlənməsi dövlət idarəçiliyi sahəsində islahatların ən vacib sahəsi kimi qeyd edilməlidir” deyə, iqtidarda kadr dəyişikliklərin vacibliyini də vurğulayıb.

Yeri gəlmişkən, mayın 3-də dövlət təhlükəsizlik orqanlarının tarixi ilə bağlı keçirilən tədbirdə daha bir dövlət rəsmisi, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı da diqqət çəkir. Ə.Həsənov ciddi korrupsiya yuvası kimi ləğv olunmuş MTN-in sabiq rəhbərliyi haqda danışıb.

Sitat: “Bir neçə il bundan qabaq, dövlət təhlükəsizlik orqanlarının sıralarında olan bəzi ”generallar" ümummilli liderin gözəl ənənəsini və məfkurəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdu".

Ə.Həsənov əlavə edib ki, onlarda “nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı. Azərbaycan təhlükəsizlik sistemini gözdən salan bəzi təhlükəsizlik orqanlarının keçmiş əməkdaşları ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar kadra çevrilə bildilər, nə də milli ziyalıların sırasına qoşula bildilər”. Yüksək dövlət məmurunun bu çıxışı iqtidarda təmsil olunan, amma hələ də hərəkətlərinə “çəki-düzən” verə bilməyən bəzi məmurlara xəbərdarlıq kimi də qiymətləndirilə bilər.

Görünən odur ki, ölkədə ciddi dəyişikliklər prosesi başlayır..


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: TEFSLAT, , ciddi, bashlayir, Olkede, prosesi, deyishiklikler
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ