yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Abutalıbovun gül kimi biznesi batdı - dövlət qazandı

Abutalıbovun gül kimi biznesi batdı - dövlət qazandı
27-04-2017, 10:19 63 640 dəfə baxılıb
yüklənir...

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun təşəbbüsü ilə keçirilən Gül bayramı bu il fərqli formatda keçiriləcək. Meriyanın mətbuat xidmətindən yayılan açıqlamada deyilir ki, mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq.

“Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar”, deyə, modern.az-ın BŞİH-ə istinadla yaydığı məlumatda bildirilir. Xatırladaq ki, 2016-cı ildə də Gül bayramı aprel şəhidlərinin 40 mərasiminə düşdüyü üçün prezident İlham Əliyev təmtəraqlı bayramın ləğvi haqda göstəriş vermişdi və tədbir fərqli formatda keçirilmişdi.

Yayılan məlumatda BŞİH-in Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul etdiyi deyilsə də, aydındır ki, bu, Abutalıbovu aşan məsələdir və yenə də əsas söz siyasi hakimiyyət olub. Gül bayramı keçirildiyi günlərdə (adətən 3 gün) minlərlə paytaxt sakini və şəhərin qonaqları dünyanın bir sıra ölkələrindən gətirilmiş gülləri zövqlə seyr edərdi. Amma Azərbaycan iqtisadiyyatı artıq bir neçə ildir ki, neftdən qeyri-neft sektoruna heç də asan olmayan keçid mərhələsini yaşayır. Şübhə yoxdur ki, dövlət büdcəsinə məsul hökumət də Bakıda həm IV İslam Oyunlarının, həm də Formula-1 yarışının başlaması ərəfəsində əlavə məsrəf gətirən tədbirləri gözdən keçirməkdə maraqlı olub.
Məlumatlara görə, Abutalıbov həmişə çox həvəslə hazırladığı tədbirin bu il keçiriləcəyinə ümid edirmiş, hətta bəzi iddialara görə, müəyyən hazırlıqları da başlamaq niyyətində imiş. Amma iqtidardan Abutalıbova tədbirin formatının əvvəlki ildən fərqlənməyəcəyi tapşırığı gəlib.
İqtidarın bu addımı əlbəttə ki, başa düşüləndir və əslində alqışlanmalıdır. Çünki söhbət təkcə bir neçə və ya bir neçə həftə ömrü olan güllərə ayrılan pullara qənaətdən getmir. Sirr deyil ki, tədbirə ayrılan vəsait həm də korrupsioner məmurların “yeminə” çevrilir, hətta “xaricdən alınan güllərin” bir çox sortları Bakının gülçülük istixanalarından gətirilirdi. Bunlar isə dövlət büdcəsinə də külli miqdarda ziyan demək idi...

İddialara görə, təkcə merin yox, eləcə də digər oliqarxların Bakının Kürdəxanı, Maştağa, Buzovna, Mərdəkan və Şüvəlan kəndlərində yüzlərlə istixanaları (“parnik”) var. Bu istixanalarda isə son illər məhz 10 may tədbirinə görə əsasən xaricdən gətirilmiş sort gül və çiçək toxumları yetişdirilirdi.

Aydındır ki, Bakı kəndlərində gül əkib-becərmək ənənəsi olsa da, Azərbaycan bazarında bir neçə gülü çıxmaq şərtilə, xarici güllərə heç zaman ciddi ehtiyac olmayıb. Amma məmurlar hər il əlavə gəlir yeri əldə etmək üçün hətta istixanaların profilini də dəyişib xarici gül-çiçək əkdirirdilər. Bu il isə onların büdcənin pulunu bahalı güllər adı altında mənimsəmək imkanlarının qarşısına yenə sədd çəkildi.
Bakı merinin də gülçülük biznesi olduğu barədə iddialar yeni deyil, ölkə mediasında zaman-zaman bu istiqamətdə xəbərlər yayılıb. Məsələn, bildirilir ki, 2008-ci ilədək güllər xaricdən alınıb, daha sonra isə paytaxt meri özü Bakıda gül istixanaları inşa etdirib, xarici gül sortları yetişdirib. Güllərin ştilləri və toxumları isə əsasən Türkiyə və Hollandiyadan gətirilirmiş. İddia olunurdu ki, parklara əkilən güllərin də əksər sortları məhz bu kimi “parnik”lərdə yetişdirilir və pulla dövlətə baha qiymətə satılır.
“YM”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: metbuat, Baki, eslinde, siravi, menimsemek, esasen, oliqarxlarin, deyishib, yene, gunlerde, kechirilecek, bu, memurlarin, kechirilen, bir, gore, 2008 ci, olkelerinden, bu, ferqli, iqtidardan, bu, teshebbusu, maraqli, ve, olub, erefesinde, paytaxt, daha, tapshirigi, de, olmayan, sohbet,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ